6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Haluk Leventin köməkçisi etiraf edib

Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldıqdan sonra həbs edilən Alper Çelikin prokurorluğa verdiyi ifadənin detalları məlum olub. İstintaq materiallarına əsasən, Beşiktaş rayonunda notariat kontorunda əməliyyat apararkən saxlanılan Alper Çelik ifadəsində aktiv peşmanlıq (etkin peşmanlıq) müddəasından yararlanmaq istədiyini bildirib.

18 İyul 2026 16:49
Haluk Leventin köməkçisi etiraf edib

BAKI,VOA Orxan Qədirzadə

Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanıldıqdan sonra həbs edilən Alper Çelikin prokurorluğa verdiyi ifadənin detalları məlum olub.

İstintaq materiallarına əsasən, Beşiktaş rayonunda notariat kontorunda əməliyyat apararkən saxlanılan Alper Çelik ifadəsində aktiv peşmanlıq (etkin peşmanlıq) müddəasından yararlanmaq istədiyini bildirib.

Çelik ifadəsində maliyyə vəsaitlərinin mənşəyini bilmədiyini deyərək, bütün əməliyyatları Haluk Leventin göstərişləri əsasında həyata keçirdiyini iddia edib.

Onun sözlərinə görə, Haluk Levent şəxsi bank hesablarından birbaşa istifadə etməsə də, həyata keçiriləcək əməliyyatları telefon vasitəsilə ona bildirirdi və o da verilən tapşırıqları yerinə yetirirdi.

Çelik bildirib ki, Levent bəzən ondan müəyyən məbləğdə vəsaiti hesabına köçürməsini istəyirdi, daha sonra isə həmin vəsaitlə mobil tətbiq vasitəsilə birja əməliyyatları aparırdı. O, bu prosesə müdaxilə etmədiyini vurğulayıb.

İfadəsində iddia edib ki, mərc platformalarında əməliyyat aparılması üçün bank hesabının istifadəçinin adına olması tələb olunduğundan onun adına mərc hesabı açılıb.

Çelikin sözlərinə görə, Haluk Levent ona hansı idman oyunlarına mərc edilməli olduğunu bildirirdi və o da həmin göstərişlərə uyğun kuponlar hazırlayırdı. Bəzi hallarda Levent özü də həmin hesaba daxil olaraq mərc etsə də, əksər hallarda bu işi Çelik vasitəsilə həyata keçirirdi.

O, nəticədə göstərilən məbləğlər həcmində maliyyə itkilərinin yarandığını bildirib.

Alper Çelik ifadəsində Kapalıçarşıdakı valyutadəyişmə məntəqələrinə də göndərildiyini iddia edib.

Onun sözlərinə görə, Haluk Levent vaxtaşırı onu Kapalıçarşıdakı valyutadəyişmə məntəqəsinə göndərərək xarici valyuta və türk lirəsi aldırır, daha sonra həmin vəsaitlər müxtəlif bank hesablarına yatırılaraq birja və mərc əməliyyatlarında istifadə olunurdu.

Çelik bu vəsaitlərin haradan əldə edildiyini bilmədiyini vurğulayıb.

O əlavə edib ki, Haluk Levent bəzən ona müxtəlif şəxslərin adlarını verir, o isə həmin şəxslərdən aldığı pulları göstərilən bank hesablarına yatırır və ya nağd şəkildə Haluk Leventə təhvil verirdi.

İfadəsinin sonunda Alper Çelik istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

"Ağlıma gələn başqa məqamlar olarsa, məmnuniyyətlə kömək edərəm. Mən də maddi və mənəvi zərər çəkmişəm. Özümü zərərçəkmiş və təqsirsiz hesab edirəm", – deyə o ifadəsində qeyd edib.

Məqalədə: #Haluk Levent #HLK Coin #kripto dolandırıcılığı #Alper Çelik #Ahbap Derneği soruşturması #bahis və borsa əməliyyatları #Türkiyə kripto skandalı

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.