6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi insan alverinin qurbanları ilə bağlı 2026-cı il iyulun 30-na olan aktual statistik məlumatları açıqlayıb. Məlumata əsasən, 2026-cı ilin ilk 7 ayında Türkiyədə 162 nəfər insan alveri qurbanı kimi müəyyən edilib. Açıqlanan statistika 2005-ci ildən etibarən insan alveri qurbanlarının sayında baş verən dəyişiklikləri əks etdirir. Göstəricilər son illərdə insan alveri ilə bağlı aşkarlanan halların sayında dalğalanmaların olduğunu göstərir.

9 Avqust 2026 11:00
Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi insan alverinin qurbanları ilə bağlı 2026-cı il iyulun 30-na olan aktual statistik məlumatları açıqlayıb. Məlumata əsasən, 2026-cı ilin ilk 7 ayında Türkiyədə 162 nəfər insan alveri qurbanı kimi müəyyən edilib.

Açıqlanan statistika 2005-ci ildən etibarən insan alveri qurbanlarının sayında baş verən dəyişiklikləri əks etdirir. Göstəricilər son illərdə insan alveri ilə bağlı aşkarlanan halların sayında dalğalanmaların olduğunu göstərir.

Statistikaya görə, insan alveri qurbanlarının sayı 2021-ci ildə 402 nəfərlə son illərin ən yüksək həddinə çatıb. Bundan sonra göstəricidə azalma müşahidə olunub.

Belə ki, 2022-ci ildə 343 nəfər, 2023-cü ildə 223 nəfər, 2024-cü ildə 179 nəfər insan alverinin qurbanı kimi qeydə alınıb. 2025-ci ildə isə bu rəqəm yenidən artaraq 261 nəfərə yüksəlib.

2005-2020-ci illərdə dəyişikliklər

2005-2026-cı illər üzrə statistik göstəricilərə baxdıqda insan alveri qurbanlarının sayında müxtəlif dövrlərdə ciddi dəyişikliklərin olduğu görünür.

2005-ci ildə 256 nəfər insan alveri qurbanı müəyyən edildiyi halda, 2009-cu ildə bu göstərici 102 nəfərə qədər azalıb.

Ən aşağı göstərici isə 2013-cü ildə qeydə alınıb. Həmin il insan alveri qurbanı kimi müəyyən edilən şəxslərin sayı 21 nəfər olub.

2014-cü ildən etibarən göstəricidə yenidən artım başlayıb. 2014-cü ildə 50 nəfər olan qurban sayı 2017-ci ildə 303 nəfərə çatıb.

2018-ci ildə bu rəqəm 133 nəfərə qədər azalsa da, sonrakı illərdə yenidən yüksəlib. Belə ki, 2019-cu ildə 217, 2020-ci ildə isə 281 nəfər insan alveri qurbanı kimi qeydə alınıb.

İnsan alveri ilə mübarizə tədbirləri davam etdirilir

Türkiyədə insan alveri ilə mübarizə çərçivəsində qurbanların müəyyən edilməsi, onların müdafiəsi və hüquqi dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Miqrasiya İdarəsinin məlumatları göstərir ki, insan alveri halları əsasən miqrasiya prosesləri, qeyri-qanuni əmək münasibətləri və həssas sosial qruplarla bağlı risklər fonunda diqqət mərkəzində saxlanılır.

Məqalədə: #Türkiyədə insan alveri statistikası #Türkiyə insan alveri ilə mübarizə #insan alveri qurbanları sayı #2026 Türkiyə miqrasiya statistikası #Miqrasiya İdarəsi Başqanlığı məlumatları #qeyri-qanuni miqrasiya və insan alveri #insan alverinin qarşısının alınması #insan alveri ilə bağlı cinayətlər #insan alveri qurbanlarının müdafiəsi #miqrantların hüquqlarının qorunması

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.