11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İran-Livan münasibətlərində gərginlik: Səfirin sözləri etiraz doğurdu

24 Aprel 2025 18:00
İran-Livan münasibətlərində gərginlik: Səfirin sözləri etiraz doğurdu

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İranın Beyrutdakı səfiri Müctəba Əmani çərşənbə günü Hizbullahın silahları ilə bağlı paylaşdığı və Livanda qəzəb doğuran paylaşımlarla əlaqədar geri addım atdı.

Livanın “Əl-Cədid” televiziya kanalına danışan Əmani bildirdi ki, “İran, Livan dövlət qurumlarının üzərində razılaşdığı qərarlara hörmətlə yanaşır və Hizbullahın silahlarının təhvil verilməsi Livanın daxili işidir. Theran da buna müdaxilə etmir.”

İran səfiri bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən ona göndərilən çağırışı yerinə yetirə bilmədiyi üçün üzr istəyib. Bu çağırış onun Hizbullahın silahsızlaşdırılması layihəsini “bir sui-qəsd” adlandırdığı paylaşımlarla bağlı idi.

“Silahlar barədə paylaşdığım tvitlərlə əlaqədar Livan Xarici İşlər Nazirliyinin mənimlə görüşmək istədiyini bildim, lakin bu gün gəlməyə vaxtım olmadığını deyib üzr istədim. Hələlik mənə yeni görüş vaxtı təyin olunmayıb.”- deyə, Əmani bildirib.

O əlavə edib ki, görüşə gəlməməsinin səbəbi işlərinin çoxluğu olub və əslində onu Nazirliyin baş direktoru Hani Şmitli qəbul etməli idi.

“Yeni hökumətdəki xarici işlər naziri Yusif Raci ilə vəzifəyə başladığı zaman görüşmüşəm və indi yeni görüş üçün vaxt təyin etməyə çalışıram.”-deyə o qeyd edib.

İran səfirinin Xarici İşlər Nazirliyinin çağırışına cavab verməməsi bir çox livanlı tərəfindən inandırıcı hesab olunmayıb və bəziləri bunu Livan dövlətinə qarşı hörmətsizlik kimi qiymətləndirib. Çünki səfir jurnalistlərə açıqlama verməyə vaxt tapdığı halda, rəsmi çağırışa cavab verməyə vaxt ayırmaması narazılıqla qarşılanıb.

Livan mətbuatının yazdığına görə, İran səfirinin çağırılması səbəbi onun tviter platformasında yayımladığı və Hizbullahın silahlarının yalnız dövlətə verilməsi məsələsi ilə bağlı Livanda aparılan müzakirələrə dair yazısı olub. Livan rəsmiləri İran diplomatının bu fikirlərinə qarşı çıxaraq, bunu “Livanın daxili işlərinə birbaşa müdaxilə” kimi qiymətləndiriblər.

Məqalədə: #İran #Beyrut #Hizbullah #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #İran sanksiyalar #Hizbullah və Livan münaqişəsi #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #Hizbullah və İran #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #İran diplomatiyası #daxili işlərə müdaxilə #İran-Livan münasibətləri #Livan Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.