13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Saxta vədlərdən hərbi planlara qədər - İsrailin aldatma strategiyası

Son günlərdə Misir–Qətər vasitəçiliyi ilə təklif olunan 60 günlük atəşkəs, İsrailin qismən imtinası və siyasi manevrləri, bu yanaşmanın klassik təzahürüdür: elan olunan razılaşmaların boşaldılması və mülki əhalinin artan əzabları.

21 Avqust 2025 09:00
Saxta vədlərdən hərbi planlara qədər - İsrailin aldatma strategiyası

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrail dövlətinin yaranmasından bu günə qədər münaqişələrin idarə olunmasında aldatma siyasəti əsas vasitələrdən biri olub. Sülh vədləri fonunda artan işğal və məskunlaşmalar, formal geri çəkilmələrin əslində blokadaya çevrilməsi, humanitar atəşkəslərin isə zaman qazanmaq üçün istifadə edilməsi bu siyasətin nüvəsini təşkil edir.

Son günlərdə Misir–Qətər vasitəçiliyi ilə təklif olunan 60 günlük atəşkəs, İsrailin qismən imtinası və siyasi manevrləri, bu yanaşmanın klassik təzahürüdür: elan olunan razılaşmaların boşaldılması və mülki əhalinin artan əzabları.

Saxta sülh vədləri

1993-cü il Oslo razılaşması fələstinlilərə dövlət vəd etsə də, İsrail bu müddəti işğalı dərinləşdirmək üçün istifadə etdi. 1992-ci ildə 172 yaşayış məntəqəsində 248 min məskun var idisə, 2023-cü ildə bu rəqəm 444 məntəqəyə və 950 min məskuna yüksəldi. Razılaşmada məskunlaşmanın dayandırılmasına dair açıq mətn olmaması İsrailə yeni reallıqlar yaratmaq imkanı verdi.Qaçqın məsələsi isə “UNRWA”-nın hədəfə alınması ilə kənara itələndi.

2005-ci ildə elan olunan Qəzzadan çıxış da eyni aldatma idi. İsrail “sülh addımı” kimi təqdim etdiyi bu addımla ərazidaxili nəzarəti formal olaraq tərk etsə də, sərhədlər, hava məkanı və dənizi ələ aldı. 2007-ci ildən isə tam blokada tətbiq olundu və Qəzza dünyanın ən böyük açıq həbsxanasına çevrildi.

Təhlükəsiz zonaları, yoxsa ölüm tələləri

İsrail tez-tez mülki əhaliyə “təhlükəsiz zonalara keçin” çağırışı edir, lakin daha sonra həmin əraziləri bombalayır. “Humanitar dəhlizlər” də tezliklə hədəfə çevrilir. Bu səbəbdən mülkiləri qoruma bəyanatları faktiki hərbi aldatma alətinə çevrilib.

Humanitar yardım adı ilə işğal planları

Son günlərdə “Rəfah yaxınlığında çadır şəhərciyi” planı İsrail tərəfindən humanitar addım kimi təqdim olunsa da, əslində fələstinlilərin kütləvi şəkildə cənuba sıxışdırılması və şimalın boşaldılması məqsədi daşıyır. Baş nazir Netanyahu açıq şəkildə Qəzzanın demoqrafik xəritəsini dəyişmək niyyətini bəyan edib.

İsrail rəhbərliyi müharibəni “HƏMAS hökmranlığından azadlıq” adı altında təqdim edir. Netanyahu iddia edir ki, məqsəd Qəzzanı işğal etmək deyil, HƏMAS-ı zəiflətməkdir. Lakin:Mülki əhali, məktəblər, xəstəxanalar və bazarlar hədəf alınıb; “Azadlıq” ifadəsi əslində məcburi köçürmə və nəzarəti legitimləşdirmək üçün işlədilir.

Netanyahu açıq deyib ki, Qəzzada yeni idarəetmə sistemi qurulacaq, amma nə HƏMAS-a, nə də Fələstin Administrasiyasına bağlı olmayacaq. Bu isə faktiki yeni işğal formasını göstərir.

Humanitar teatr və beynəlxalq təzyiq

Qəzzadakı dağıntıların yaratdığı beynəlxalq təzyiq qarşısında İsrail “müvəqqəti atəşkəslər” elan edir, az miqdarda yardım buraxır. Amma çox vaxt yardım dəhlizləri bombalanır və ya qeyri-mümkün edilir.

Məsələn, havadan ərzaq atılması “humanitar addım” kimi təqdim olunsa da, az miqdar, hətta mülki zərərlərə səbəb olan riskli əməliyyatlar gerçəkliyi gizlədə bilmir.

Hüquqi və media manipulyasiyaları

İsrail öz əməliyyatlarını “özünümüdafiə” adı ilə təqdim edir. Hətta ordusunu “Müdafiə Ordusu” adlandıraraq beynəlxalq hüquqa uyğunluq görüntüsü yaradır. Halbuki beynəlxalq hüquq baxımından bu addımlar işğal və təcavüzdür.Bunun ən açıq nümunəsi – İsrailin BMT-dəki keçmiş nümayəndəsi Dani Danonun BMT nizamnaməsini cıraraq tribunalda nümayiş etdirməsi olub.

Daxili böhran və girov məsələsi

İsraildə Netanyahuya qarşı daxili təzyiq artır. Girov ailələri hökuməti günahlandırır, siyasi məqsədlərlə girovların alqı-satqı predmeti edilməsinə etiraz edir. Müvəqqəti razılaşmalardan sonra isə İsrail daha sərt hərbi əməliyyatlara qayıdır.

Aldatma strategiyası iflasa doğru?

Beynəlxalq arenada İsrailə qarşı təcrid güclənir, müharibə cinayətləri ilə bağlı araşdırmalar genişlənir. Daxildə iqtisadi və sosial çöküş fonunda Netanyahuya etimad azalır. Fələstin tərəfi isə bütün təzyiqlərə rəğmən köçürülməyə boyun əymir və müqaviməti davam etdirir. Bu səbəbdən İsrailin aldatma siyasəti artıq iflasa doğru gedir: müvəqqəti taktik qazanclar versə də, nə siyasi, nə də strateji həll gətirmir.

Tarix göstərir ki, yalan üzərində qurulan strategiya nə təhlükəsizlik, nə də qələbə gətirə bilər. Əksinə, bu siyasət İsraili daha da təcrid edir, fələstinlilərin mübarizə iradəsini gücləndirir və bölgədə daha dayanıqlı müqavimət nəsillərinin yetişməsinə zəmin yaradır.

Məqalədə: #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #İsrail cinayətləri #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Hizbullah və Qəzza həmrəyliyi #HƏMAS-ın hərbi strategiyası

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12 Sentyabr 12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

12 Sentyabr 11:23

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.