11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrail Livanı Hizbullahın silahsızlaşdırılmasında dəstəkləməyə hazırdır

Netanyahunun ofisi əlavə edib: “Əgər Livan Silahlı Qüvvələri Hizbullahı silahsızlaşdırmaq üçün lazımi addımlar atarsa, İsrail də qarşılıqlı tədbirlər görəcək. Buraya ABŞ-ın rəhbərlik etdiyi təhlükəsizlik mexanizmi ilə koordinasiyalı şəkildə İsrail hərbi varlığının mərhələli şəkildə azaldılması da daxildir”.

25 Avqust 2025 15:00
İsrail Livanı Hizbullahın silahsızlaşdırılmasında dəstəkləməyə hazırdır

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bu gün, bazar ertəsi yaydığı bəyanatda bildirib ki, İsrail Livanı Hizbullah qruplaşmasının silahsızlaşdırılmasında dəstəkləməyə hazırdır.

Netanyahunun ofisinin açıqlamasında qeyd olunub: “İsrail və Livanın əməkdaşlıq ruhunda irəliləməsinin və ortaq məqsədə – Hizbullahın silahsızlaşdırılmasına yönəlməsinin vaxtıdır, – deyə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, Livan Nazirlər Kabineti bu ayın əvvəlində İranla müttəfiq olan Hizbullah qruplaşmasının silahsızlaşdırılması üçün ABŞ tərəfindən hazırlanmış planın məqsədlərini təsdiqləmişdi.

Netanyahunun ofisi əlavə edib: “Əgər Livan Silahlı Qüvvələri Hizbullahı silahsızlaşdırmaq üçün lazımi addımlar atarsa, İsrail də qarşılıqlı tədbirlər görəcək. Buraya ABŞ-ın rəhbərlik etdiyi təhlükəsizlik mexanizmi ilə koordinasiyalı şəkildə İsrail hərbi varlığının mərhələli şəkildə azaldılması da daxildir”.

“Hizbullah” və “Əməl” hərəkatı etiraz çağırışı etdi

Digər tərəfdən, Livanın “Əməl” hərəkatının Mərkəzi Fəhlə Bürosu və Hizbullahın Mərkəzi Həmkarlar və Fəhlələr Birliyi bu gün birgə bəyanat yayaraq çərşənbə günü günortadan sonra Beyrut mərkəzində hökumətin silahı yalnız dövlətin əlində toplamaq qərarına qarşı etiraz aksiyası keçirməyə çağırıblar.

Bəyanatda hər iki təşkilat hökumətin qərarlarını milli mənafelərə zidd adlandırıb və əlavə ediblər: “Vətənimizin üzləşdiyi çətinliklərə qarşı səbrimiz tükənib, mövqeyimizi milli həmrəyliklə ifadə etməyin vaxtı çatıb”.

“Əməl” və Hizbullahın bəyanatında vurğulanıb ki, bu etiraz aksiyası “düşmənin gücünü sındırmaq qabiliyyətini sübut etmiş silahımızı qorumaq haqqımızın və torpağımızı işğal edən İsrail düşməninə qarşı müqavimət haqqımızın təsdiqi” olacaq.

Silahların dövlətin əlində cəmlənməsi qərarı

Livan hökuməti ayın əvvəlində qərar verib ki, ilin sonuna qədər silahların yalnız dövlətin əlində saxlanması təmin olunacaq və bu vəzifə ordunun üzərinə qoyulub.

Hizbullah üzərinə təzyiqlər isə ötən il İsraillə müharibədə ağır zərbə alaraq gücləndi. Həmin müharibədə təşkilatın bir çox yüksək rütbəli komandirləri, o cümlədən baş katib Həsən Nəsrullah öldürülmüş, daha sonra noyabr ayında ABŞ vasitəçiliyi ilə atəşkəs əldə olunmuşdu.

Atəşkəs razılaşmasına görə, Livanda yalnız altı dövlət təhlükəsizlik qurumu silah saxlaya bilər, hökumət isə qeyri-dövlət silahlı qruplarının yenidən silahlanmasının qarşısını almağı öhdəsinə götürmüşdü.

Buna baxmayaraq, atəşkəsdən sonra da İsrail cənub və şərqi Livanda Hizbullaha məxsus silah anbarları və döyüşçülərinə qarşı hücumlar həyata keçirməyə davam edib.

Məqalədə: #İsrail #Livan #Hizbullah #İsrail ordusu #İsrail zabitləri #İsrailə qarşı boykotlar #Livan xəbərləri #İsrail və İran gərginliyi #Livan siyasəti 2025 #Hizbullah və Livan siyasəti #Livanda silahlı qruplar və dövlət #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #Hizbullah liderinin dəfni #Hizbullah və Qəzza həmrəyliyi #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.