8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Suriyada ərəb qəbilələrinin SDQ əleyhinə üsyanı an məsələsidir

Həbs kampaniyası, SDQ-nin nəzarətində olan və Suriyanın təxminən üçdə birini təşkil edən ərazilərdə ərəb tayfalarının üsyan edəcəyi ehtimalından doğan narahatlıqları əks etdirir.

2 Sentyabr 2025 10:51
Suriyada ərəb qəbilələrinin SDQ əleyhinə üsyanı an məsələsidir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Suriyanın şimal-şərqində kürd özünüidarə orqanlarının ( PKK-nın Suriya qolu) hərbi qanadı olan Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkə vilayətində genişmiqyaslı həbslər həyata keçirib. Bu əməliyyat son günlərdə Dəməşqə səfər etmiş ərəb tayfalarına mənsub şəxslərə yönəlib.

Həbs kampaniyası, SDQ-nin nəzarətində olan və Suriyanın təxminən üçdə birini təşkil edən ərazilərdə ərəb tayfalarının üsyan edəcəyi ehtimalından doğan narahatlıqları əks etdirir.

Son iki ayda Suriya Demokratik Qüvvələri ilə Suriyanın keçid hakimiyyəti arasında aparılan danışıqlar bir sıra məsələlərdə fikir ayrılıqları səbəbindən dalana dirənib. Əsas mübahisələr keçid dövründən sonrakı sistemin xarakteri və kürd silahlı süvvələrinin dövlət strukturlarına necə inteqrasiya olunacağı ilə bağlıdır.

SDQ, hökumətin ərəb tayfalarını təzyiq vasitəsi kimi istifadə edə biləcəyindən ehtiyat edir. Yerli mənbələrin məlumatına görə, SDQ Dəməşq hökumətini dəstəkləyən ərəb tayfalarından onlarla mülki şəxsi həbs edib.

Mənbələr bildirir ki, şənbə və bazar gününə keçən gecə Qüveyran, Əziziyyə, Nəşvə, Həşmə və Zühur məhəllələrində eyni vaxtda reydlər keçirilib. Əməliyyat nəticəsində 50-dən çox mülki şəxs, o cümlədən qadınlar saxlanılıb. Həbs edilənlərin əksəriyyətinin yaxın vaxtlarda Dəməşqə səfər etdiyi qeyd olunur.

SDQ-nin rəsmi sözçüsü Əbcar Davud “North Press” saytına açıqlamasında bildirib ki, əməliyyat İŞİD hüceyrələrinin artan fəaliyyətinə dair məlumatlardan sonra həyata keçirilib. Onun sözlərinə görə, “əməliyyat şübhəli hərəkətlərin aşkar olunmasından və İŞİD-in bəzi məhəllələrdə sıralarını bərpa etməyə çalışdığının təsdiqlənməsindən sonra keçirilib”.

Davud əlavə edib ki, kampaniya qabaqlayıcı xarakter daşıyırdı və məqsəd mülki şəxslərə və ya həyati obyektlərə qarşı mümkün təhlükənin qarşısını almaq idi. O xüsusilə minlərlə İŞİD üzvünün saxlandığı həbsxanaların ətrafını riskli zona adlandırıb.

Sözçünün sözlərinə görə, əməliyyat SDQ, daxili təhlükəsizlik qüvvələri, qadın müdafiə dəstələri və hərbi kəşfiyyat qruplarının sıx əməkdaşlığı ilə aparılıb.

İctimai reaksiya

Həsəkədən bir qrup akademik, fəal və jurnalist bəyanat yayaraq tayfa üzvlərinin həbslərini pisləyib, SDQ-ni onları dərhal azad etməyə çağırıblar. Onlar bunun insan hüquqlarının açıq şəkildə pozulması olduğunu bildiriblər.

Bəyanatda həmçinin Suriya hökuməti mülki əhalinin təhlükəsizliyini təmin etməyə dəvət olunub. Davamlı olaraq belə təcrübələrin bölgədə yeni ictimai gərginlik dalğasına səbəb ola biləcəyi xəbərdarlığı edilib.

Müşahidəçilər hesab edirlər ki, kürd silahlı qüvvələrinin ərəb tayfalarının üsyanından ehtiyatlanması əsaslıdır. İyul ayında druzların İsrailin dəstəyi ilə Suveyda vilayətində baş verən qanlı hadisələr bu qorxuları gücləndirib. Daha əvvəl Deyr əz-Zorda ərəb tayfaları ilə SDQ arasında, Bəşər Əsəd rejiminin təhriki ilə, qarşıdurmalar baş vermişdi. SDQ eyni ssenarinin təkrarlanmasından narahatdır.

Hazırda SDQ iki paralel xətt üzrə hərəkət edir: bir tərəfdən tayfalarla dialoq aparmağa çalışır, digər tərəfdən isə hökumətə açıq dəstək verən fəalları izləyir.

Diplomatik səylər və danışıqlar

Fransa və ABŞ-ın vasitəçiliyi ilə SDQ ilə Dəməşq arasında danışıqlar davam edir. Bu çərçivədə özünüidarənin xarici əlaqələr üzrə məsulu İlham Əhməd bazar günü Dəməşqə səfər edib və xarici işlər, daxili işlər və kəşfiyyat rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə 10 mart razılaşmasının icrasının bərpası müzakirə olunub.

Bu, onun iki həftədən az müddətdə Dəməşqə ikinci səfəridir. Bir neçə gün əvvəl isə İlham Əhməd İordaniyanın paytaxtı Ammanda SDQ rəhbəri Məzlum Abdi ilə birlikdə ABŞ Konqresinin nümayəndə heyəti ilə görüş keçirmişdi.

“Əl-Əxbar” qəzetinin kürd mənbələrinə istinadən yazdığına görə, bu səfərin əsas məqsədi Fransa və ABŞ-ın təzyiqi ilə danışıqları bərpa etməkdir. Mənbələrə görə, kürdlər görüşlərin xaricdə deyil, Suriyada keçirilməsinə razı ola bilərlər.

Məqalədə: #İŞİD #İŞİD terror təşkilatı #İŞİD-Xorasan #SDQ və Suriya ordusunun birləşməsi #Suriya Demokratik Qüvvələri #İŞİD-lə mübarizə Suriyada #SDQ #Mazlum Əbdi və SDQ #SDQ (Suriya Demokratik Qüvvələri) #PKK-nın Suriya qolu #Həsəkə

Mövzu üzrə digər xəbərlər

İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq
İraq

İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

2 Sentyabr 20:43
Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb
Yəmən

Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

2 Sentyabr 09:48
Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib
Suriya

Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

28 Avqust 07:36
İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?
Fələstin

İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

27 Avqust 15:50

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.