5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi
VOA təhlil mərkəzi

Səudiyyə Ərəbistanı Suriyada dağıntıların aradan qaldırılması və sosial reabilitasiyaya yönəlmiş layihələrə başlayıb

Səudiyyə Ərəbistanı Dəməşq və ətrafında müharibədən zərər çəkmiş ərazilərdə dağıntıların təmizlənməsi və sosial infrastrukturun bərpasını hədəfləyən genişmiqyaslı layihəyə start verib. Bu təşəbbüs Səudiyyə-Suriya investisiya forumu çərçivəsində imzalanan və ümumi dəyəri 6 milyard dollardan çox olan paketlərlə müşayiət olunub.

8 Sentyabr 2025 09:21
Səudiyyə Ərəbistanı Suriyada dağıntıların aradan qaldırılması və sosial reabilitasiyaya yönəlmiş layihələrə başlayıb

BAKI, AzerVoice Analitik Təhlil Mırkəzi – Səudiyyə Ərəbistanı Dəməşq və ətrafında müharibədən zərər çəkmiş ərazilərdə dağıntıların təmizlənməsi və sosial infrastrukturun bərpasını hədəfləyən genişmiqyaslı layihəyə start verib. Bu təşəbbüs Səudiyyə-Suriya investisiya forumu çərçivəsində imzalanan və ümumi dəyəri 6 milyard dollardan çox olan paketlərlə müşayiət olunub.

Yeni proqram çərçivəsində yüz minlərlə ton dağıntının təmizlənməsi, köhnəlmiş infrastrukturun yenilənməsi və yeni sosial-sənaye layihələrinin reallaşdırılması planlaşdırılır. Rəsmi Riyad bu prosesin məqsədini “suriyalıların həyatını bərpa etmək və iqtisadi imkanlar yaratmaq” kimi təqdim edir. Müşahidəçilər bu yanaşmanı “xalqın sabitliyinə sərmayə” adlandıraraq, Səudiyyənin mövcud hakimiyyətə deyil, bilavasitə suriya xalqına dəstək verdiyini bildirirlər.

Riyadın humanitar təşəbbüsləri

Bu layihə Səudiyyənin Suriyada həyata keçirdiyi digər humanitar təşəbbüslərlə də uzlaşır. Məsələn, Kral Salman Humanitar Mərkəzinin təşkil etdiyi tibbi kampaniyalar çərçivəsində Dəməşqdə pulsuz ürək əməliyyatları icra olunub, qida və sığınacaq proqramlarına maliyyə dəstəyi göstərilib. Bundan başqa, Səudiyyə və Qətər birlikdə Suriyanın Dünya Bankına olan borcunu ödəyərək ölkənin beynəlxalq maliyyə dəstəyi almasına imkan yaradıb.

Əlavə olaraq, Riyad və Doha Suriya dövlət sektorunda çalışanların maaşlarının üç aylıq ödənilməsini maliyyələşdirib. Bu, suriyalıların minimum iqtisadi sabitliyini təmin etmək baxımından önəmli addım sayılır.

İmzalanan sazişlərə görə, layihələr əsasən yaşayış, ictimai xidmətlər, sənaye müəssisələri, səhiyyə və təhsil sektorlarına yönəldilib. Onların sırasında, 75 min kubmetr dağıntının təmizlənməsi,34 məktəbin təmiri,17 xəstəxananın həyati avadanlıqlarla təmin olunması,60-a yaxın çörək sexinin yenidən qurulması, su və kanalizasiya şəbəkələrinin bərpası var.

Mərkəzin rəhbəri Abdullah ər-Rəbiə açıqlamasında bu layihələrin suriyalıların “ən təxirəsalınmaz ehtiyaclarını qarşılamağı” hədəflədiyini vurğulayıb.

Riyad və Tehran yanaşmalarında fərqlər

Müşahidəçilər hesab edirlər ki, Səudiyyənin bu addımları İranın son illərdə Suriyada həyata keçirdiyi siyasətdən kəskin fərqlənir. Belə ki, Tehran daha çox hərbi və təhlükəsizlik strukturlarını gücləndirməyə yönəlmişdi, Riyad isə gündəlik həyatın bərpasına və sosial sabitliyə sərmayə qoyur.

Suriya xarici işlər naziri Əsəd əş-Şeybani və fövqəladə hallar naziri Raid əs-Saleh ilə keçirilən görüşlərdə humanitar və inkişaf əməkdaşlığının gücləndirilməsi müzakirə olunub. Tərəflər müxtəlif bölgələrdə səhiyyə, təhsil, sığınacaq və ərzaq təhlükəsizliyi sahələrində onlarla layihənin reallaşdırılacağını təsdiqləyiblər.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Qətər #Dünya Bankı #Doha #Səudiyyə Ərəbistanı şirkətləri #Mərakeş Kral Hərbi Hava Qüvvələri #Əsəd əl-Şeybani #Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi #Dohada görüş #Səudiyyə Ərəbistanı və Suriya yardımı #Səudiyyə Ərəbistanı islahatları #Səudiyyə Ərəbistanında 2019–2024-cü illər arasında həyata keçirilən islahatlar #ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri #Səudiyyə Ərəbistanına həcc yolları #Kral Salman Ərəb Dili Kompleksi #Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzi #Kral Salman Humanitar Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

4 Sentyabr 14:11
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb
Səudiyyə Ərəbistanı

Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb

4 Sentyabr 12:26

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.