13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

Müşahidəçilərə görə, Hizbullah hökumət qərarını pozmaq və xalqı öz ətrafında toplamaq üçün xarici eskalasiyaya ehtiyac duyur. Bu isə ya İsraillə, ya da Suriya ilə toqquşma deməkdir. Lakin İsraillə qarşıdurma ehtimalı son dövrdə təşkilatın hərbi-siyasi rəhbərlərinə vurulan ağır zərbələr səbəbilə real görünmür. Hətta məhdud əməliyyatlar belə İsraildən daha sərt cavab alma ehtimalını gücləndirir. Buna görə də hizb üçün Suriyanı hədəfə almaq və ictimaiyyətin diqqətini oraya yönəltmək daha mümkün seçimə çevrilib.

14 Sentyabr 2025 09:00
Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Suriya Daxili İşlər Nazirliyi cümə axşamı günü Livanın “Hizbullah” hərəkatına bağlı olduğunu iddia etdiyi bir hücrənin Dəməşq ətrafında yaxalandığını açıqlayıb. Lakin Hizbullah bu məlumatı qəti şəkildə təkzib edib. Bu hadisə fonunda diqqətlər yönəlir: öz daxili böhranından yayınmaq istəyən tərəf kimdir – Hizbullah, yoxsa Suriya hakimiyyəti?

Hizbullah hazırda ölkə daxilində mürəkkəb durumla üz-üzədir. Hökumət və ordu onun silahsızlaşdırılması qərarını həyata keçirməkdə israrlıdır, baxmayaraq ki, bu müddət açıq saxlanılıb. Partiya ümid edirdi ki, parlament sədri və “Əmal” hərəkatının lideri Nəbih Bərri qərarı milli dialoq komissiyasına yönləndirərək yumşalda biləcək.

Müşahidəçilərə görə, Hizbullah hökumət qərarını pozmaq və xalqı öz ətrafında toplamaq üçün xarici eskalasiyaya ehtiyac duyur. Bu isə ya İsraillə, ya da Suriya ilə toqquşma deməkdir. Lakin İsraillə qarşıdurma ehtimalı son dövrdə təşkilatın hərbi-siyasi rəhbərlərinə vurulan ağır zərbələr səbəbilə real görünmür. Hətta məhdud əməliyyatlar belə İsraildən daha sərt cavab alma ehtimalını gücləndirir. Buna görə də hizb üçün Suriyanı hədəfə almaq və ictimaiyyətin diqqətini oraya yönəltmək daha mümkün seçimə çevrilib.

Hizbullahın İsrailə qarşı ictimai rəyi öz tərəfinə toplaması çətin görünür. Buna görə də təşkilat köhnə ritorikasını – Suriyaya və prezident Şəraanın “cihad tarixinə”, İran və Bəşər Əsədə qarşı düşmənçilik ritorikasına qayıda bilər. Hətta sözlü qarşıdurma belə tərəfdarlarının itirdiyi inamı müəyyən qədər bərpa etməyə xidmət edə bilər.

Suriyanın mövqeyi

Suriya rəhbərliyi isə Hizbullahı özünə qarşı sui-qəsddə günahlandıraraq, İsrailin davamlı hücumları qarşısında təslim olmasının yaratdığı daxili və regional şokun təsirini azaltmaq istəyir. Bu yanaşma bir vaxtlar Bəşşar Əsədin etdiyi siyasəti xatırladır. Hazırkı hakimiyyət isə keçmişdə bunu kəskin tənqid edir və öz mübarizəsini onun üzərinə qururdu.

Müşahidəçilərin fikrincə, həm Hizbullah, həm də Dəməşq üçün tayfa və məzhəb amillərinə əsaslanan qarşıdurmaları qızışdırmaq asandır. Əsas məqsəd İsraillə toqquşmadan yayınmaqdır, baxmayaraq ki, bir vaxtlar bu, siyasi yarış üçün əsas vasitə idi.

Dəməşqdən rəsmi açıqlama

Dəməşq əyalətinin daxili təhlükəsizlik rəhbəri general Əhməd Dəlati bildirib ki, xüsusi bölmələr ümumi kəşfiyyatla əməkdaşlıq nəticəsində Səsa və Künakir qəsəbələrində fəaliyyət göstərən Hizbullah hücrəsini yaxalayıb.

Onun sözlərinə görə, ilkin istintaq nəticəsində hücrə üzvlərinin Livanda yerləşən düşərgələrdə təlim keçdiyi və Suriyada sabitliyi pozmağa yönəlmiş əməliyyatlar hazırladıqları üzə çıxıb. Əməliyyat zamanı raket buraxılış qurğuları, 19 ədəd “Qrad” raketi, tank əleyhinə silahlar, fərdi silahlar və böyük miqdarda sursat ələ keçirilib.

Dəlati bildirib ki, iş materialları aidiyyəti qurumlara göndərilib, saxlanılan şəxslərlə bağlı araşdırmalar davam edir.

Hizbullah açıqlama yayaraq, Suriyanın iddialarını rədd edib: “Dəməşqin iddiaları əsassızdır. Suriyada heç bir fəaliyyətimiz yoxdur, orada mövcudluq göstərmirik. Biz Suriya xalqının təhlükəsizliyi və sabitliyi üçün çalışırıq.”-deyib.

Xatırladaq ki, mart ayında Livan–Suriya sərhədində baş verən toqquşmalarda bir neçə nəfər həlak olmuş, Suriya Müdafiə Nazirliyi bunun Hizbullah tərəfindən həyata keçirildiyini iddia etmişdi. Hərəkat isə bunu da qəti şəkildə təkzib etmişdi.

Suriya hakimiyyəti indi ölkə daxilində təhlükəsizliyi möhkəmləndirməyə, sərhədlərə nəzarəti artırmağa çalışır. Buraya narkotik qaçaqmalçıları və keçmiş rejim qalıqları ilə mübarizə də daxildir.

Sərhəd reallığı və yeni siyasi vəziyyət

Livan–Suriya sərhədi mürəkkəb relyefə malikdir: dağlar, dərələr və düzənliklər sərhəd xəttini qeyri-müəyyən edir. İki ölkə arasında 375 km boyunca 6 rəsmi quru sərhəd-keçid məntəqəsi mövcuddur.

8 dekabr 2024-cü ildə Suriya müxalif qüvvələri ölkədə tam nəzarəti ələ alaraq 61 illik Bəəs rejiminə və 53 illik Əsəd ailəsinin hakimiyyətinə son qoydu. Hizbullah isə uzun illər devrilmiş Bəşşar Əsəd rejimi ilə sıx əlaqələr saxlamışdı.

Türkiyə amili və İsrail iddiaları

Müxalifətin hakimiyyətə gəlməsindən sonra İsraillə gərginliklər davam edib. Suriya ictimaiyyəti İsraillə yaxınlaşma cəhdlərinin heç bir nəticə vermədiyini anlayıb. Türkiyəyə ümidlər də azalıb, xüsusilə İsrailin Suriyada Türkiyəyə məxsus hərbi avadanlıqları vurduğu iddiaları yayıldıqdan sonra.

Türkiyə Müdafiə Nazirliyi bu iddiaları təkzib edib. Nazirlikdən bildirilib ki, İsrailin Suriyadakı Türkiyə hərbi mövqelərinə hücum etdiyi iddiaları əsassızdır və Suriyanın şimalında yerləşən türk əsgərləri və texnikası ilə bağlı heç bir dəyişiklik baş verməyib.

Bundan əlavə, avqust ayında Türkiyə və Suriya müdafiə nazirlikləri arasında imzalanan hərbi əməkdaşlıq sazişi çərçivəsində Ankaranın Suriyaya hərbi təlim, texniki dəstək və logistika yardımı göstərdiyi açıqlanıb.

Məqalədə: #Türkiyə Daxili İşlər Nazirliyi #Suriya #Hizbullah #Təhlil #Suriya Müdafiə Nazirliyi #Suriyada terrorla mübarizə #Suriya münaqişəsi və Türkiyənin rolu #Suriya rejiminin Livandakı rolu #Hizbullah liderinin dəfni #Hizbullah və Qəzza həmrəyliyi #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Suriya Daxili İşlər Nazirliyi #VOA Analitik Təhlil Mərkəzi #Hizbullah və Amal Hərəkatı

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12 Sentyabr 12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

12 Sentyabr 11:23

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.