10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İraqda uzunmüddətli müharibədən əvvəl "taktiki səssizlik" hökm sürür

İranın ali rəhbəri Əli Xameneyinin tərəfdarları ilə İraq və ABŞ-ın maraqları arasında gərgin keçən İraq gecəsindən (bazar günü - bazar ertəsi gecəsi) sonra tərəflər şoku geridə qoyaraq qisas naminə atılan addımları bir qədər səngidiblər. Bazar ertəsinin gəlişi ilə belə görünür ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələr bərpa olunana qədər "fraksiyaların reallığına" qayıtmaq və hamısı əlçatan olmaya biləcək "hədəflər bankı"nı daxil edən potensial uzunmüddətli müharibə planı hazırlamaq qərarı verilib.

3 Mart 2026 09:00
İraqda uzunmüddətli müharibədən əvvəl "taktiki səssizlik" hökm sürür

BAKI,VOA ,Analitik Təhlil Mərkəzi

İranın ali rəhbəri Əli Xameneyinin tərəfdarları ilə İraq və ABŞ-ın maraqları arasında gərgin keçən İraq gecəsindən (bazar günü - bazar ertəsi gecəsi) sonra tərəflər şoku geridə qoyaraq qisas naminə atılan addımları bir qədər səngidiblər. Bazar ertəsinin gəlişi ilə belə görünür ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələr bərpa olunana qədər "fraksiyaların reallığına" qayıtmaq və hamısı əlçatan olmaya biləcək "hədəflər bankı"nı daxil edən potensial uzunmüddətli müharibə planı hazırlamaq qərarı verilib.

Bağdadın mərkəzində "fırtınadan əvvəlki səssizlik"

Məlumata görə, ali rəhbərin öldürülməsinə görə ABŞ-a qəzəbli olan nüfuzlu qrupların liderləri etirazçılara Bağdadın mərkəzindəki "Yaşıl zona"nı iki günlük mühasirədən sonra tərk etmək əmri veriblər. Etirazçılar Vaşinqtonun səfirliyinə doğru yol açmağa çalışırdılar, lakin bir neçə saat ərzində mənzərə "hər şeyə açıq olan qeyri-müəyyən mərhələdən əvvəlki sakitliyə" çevrildi.

Bazar günü gecə yarısı etirazlar nəzarətdən çıxdı; bəzi şəxslərin hökumət qüvvələrinin istehkamlarına həqiqi güllələrlə atəş açdığı və "Yaşıl zona"nın girişlərində yanğınlar törədildiyi müşahidə edildi. İraq Daxili İşlər Nazirliyi etirazçılar arasına sızan "təxribatçı ünsürlərin" təhlükəsizlik qüvvələrinə atəş açdığını və 13 nəfərin yaralandığını bildirdi.

İrandakı tərəfdarlar mərkəzi əməliyyat komandanlığı olmadan təcrid olunmuş "ada əmirlərinə" çevriliblər, çünki SEPAH İsrail və ABŞ-ın ağır hücumları altındadır.

ABŞ kəşfiyyat hesabatları bazar günü axşam təsdiqlədi ki, SEPAH-ın artıq mərkəzi qərargahı yoxdur. Bu da müttəfiq cəbhələri qisas almaq üçün "improvizasiya" etməyə məcbur qoyub. Belə ki,Bağdadrda Beynəlxalq Hava Limanı yaxınlığındakı "Viktoriya" bazası hədəf alınıb, Bəsrədə Radar sistemlərinə hücum edilib. Nasiriyədə "İmam Əli" hərbi bazası partlayıcı yüklü dronlarla vurulub.

Ərbildə isə, Xameneyinin ölümünə görə "ən böyük hesabı" Ərbil ödəyib. ABŞ-ın yeni konsulluq binası və Harir hərbi bazası hər yarım saatdan bir dron hücumlarına məruz qalıb.

Bazar ertəsi səhər "Yaşıl zona" ətrafında təhlükəsizlik tədbirləri zəifləməsə də, qəzəbli fraksiyaların mühasirə halqası bir qədər boşalıb. Bağdaddakı bir çox müşahidəçi bunu "şokdan sonrakı taktiki sakitlik" adlandırır. Mənbələr SEPAH-ın yenidən özünə gəlməyə başladığını və tezliklə İraqdakı vəkilləri ilə əlaqə kanallarını bərpa edəcəyini bildirir.

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani bəyan edib ki, ölkəsi "uzunmüddətli müharibəyə ABŞ-dan daha çox hazırdır".

Şiə liderlərin qiymətləndirməsinə görə, bu növ müharibə "hədəflər bankı" tələb edir. İraq fraksiyaları hara zərbə endirəcək?

Orta müddətli hədəflər: Ərbildəki ABŞ konsulluğu, Harir və Viktoriya bazaları.

İqtisadi hədəflər: Ölkə daxilindəki ABŞ-ın neft və qaz yataqlarındakı investisiyaları.

Siyasi hədəflər: ABŞ-ın Bağdaddakı səfirliyinə zərbə (bu, münaqişənin həlledici mərhələsinə saxlanılır).

Sui-qəsdlər: "İran düşmənlərinə" qarşı sui-qəsd dalğasının başlaması ehtimalı.

Bu proqnozlar Məhəmməd Şiə əl-Sudani hökuməti üçün ən böyük sınaq olacaq. Hökumət, müharibədə eskalasiyaya təkan verən şiə qrupları ilə amerikalılar və maraqları hədəf alınan ərəb koalisiyası arasında sıxışıb qalmış vəziyyətdədir.

Məqalədə: #İraq #Əli Xamenei #SEPAH #VOA Analitik Təhlil Mərkəzi #İraqdakı şiə fraksiyalarının ABŞ hərbi bazalarına qarşı hərbi əməliyyatları #Bağdadın Yaşıl zonasında (Green Zone) təhlükəsizlik qüvvələri ilə toqquşmalar

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.