7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Yaxın Şərqdəki müharibənin kökündə ABŞ-Çin rəqabəti dayanır - Rufiz Hafizoğlu

Ukrayna müharibəsinin Rusiya iqtisadiyyatına ciddi təsirləri fonunda və ABŞ-ın əvvəllər Rusiyanı zəiflətmək üçün müxtəlif addımlar atdığı bir şəraitdə, Moskvanın İranla bağlı mövcud qarşıdurmada bu ölkəyə müəyyən dəstək verməsi Vaşinqtona qarşı dolayı cavab strategiyası kimi qiymətləndirilir. Ümumilikdə, İrandakı gərginliyi Rusiya-ABŞ geosiyasi rəqabətinin yeni mərhələsi kimi xarakterizə edən bəzi ekspertlər, bu vəziyyəti ABŞ-Rusiya qarşıdurmasında 1:1 hesablı bərabərlik kimi dəyərləndirirlər. Belə ki, Rusiyanı da artıq müəyyən bir nəticə əldə edən tərəf kimi təqdim edənlər var.

23 Mart 2026 19:54
Yaxın Şərqdəki müharibənin kökündə ABŞ-Çin rəqabəti dayanır - Rufiz Hafizoğlu

BAKI, VOA

Ukrayna müharibəsinin Rusiya iqtisadiyyatına ciddi təsirləri fonunda və ABŞ-ın əvvəllər Rusiyanı zəiflətmək üçün müxtəlif addımlar atdığı bir şəraitdə, Moskvanın İranla bağlı mövcud qarşıdurmada bu ölkəyə müəyyən dəstək verməsi Vaşinqtona qarşı dolayı cavab strategiyası kimi qiymətləndirilir. Ümumilikdə, İrandakı gərginliyi Rusiya-ABŞ geosiyasi rəqabətinin yeni mərhələsi kimi xarakterizə edən bəzi ekspertlər, bu vəziyyəti ABŞ-Rusiya qarşıdurmasında 1:1 hesablı bərabərlik kimi dəyərləndirirlər. Belə ki, Rusiyanı da artıq müəyyən bir nəticə əldə edən tərəf kimi təqdim edənlər var.

VOA xəbər verir ki, Modern.az-a açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bildirib ki, Rusiya-Ukrayna və ABŞ-İsrail-İran müharibəsi arasında müəyyən parallelər aparmaq mümkündür:

“İstisna deyil ki, bu gün Rusiyanın İranla İsrail və ABŞ arasında müharibəyə dəstək verməsi dolayı yolla Ukraynada olan hadisələrə adekvat cavabdır. Eyni zamanda nəzərə alaq ki, bu heç də belə də olmaya bilər. Çünki hazırda Rusiyanın İrana verdiyi dəstək, Çinin İrana verdiyi dəstək fonunda olduqca cüzi və hiss olunmazdır. Digər bir tərəfdən, Rusiya və Çin də öz növbəsində Amerika Birləşmiş Ştatları və İsraili daha müdrik davranmağa, hadisələrə daha soyuqanlı yanaşmağa çağırıblar. Yəni bu münaqişə hələ ki ən qaynar fazasına keçməyib. Bbu mənim fikrimdir, səhv ola bilər.

Bəli, İranın İsrailin obyektlərini vurmasını, srağa gün Dimona şəhərində baş verən hadisələri nümunə gətirə bilərlər. Təbii ki, bunlar normaldır. Bütün bu hadisələrin fonunda gəlin unutmayaq ki, eyni zamanda həm İran, həm də ABŞ tərəfindən aparılan dezinformasiya müharibəsi də var. Yəni mən parallellərin aparılmasının qəti əleyhinəyəm. Aparmaq olar, amma gəlin unutmayaq ki, nə Rusiya, nə İran, nə İsrail bu münaqişədə əsas oyunçudur. Burada iki əsas oyunçu var: Çin və ABŞ. Məsələnin kökündə duran əsas nüans budur. Amma bu mövzu o qədər dərindir ki, Çin-Amerika Birləşmiş Ştatlar qarşıdurması fonunda digər mühüm hadisələr də yaşanır. Bura Ramazanla bağlı müvəqqəti atəşkəsin əldə edildiyi Əfqanıstan-Pakistan qarşıdurmasını, eyni zamanda bizim mediada təəssüf ki, elə də diqqət edilməyən hadisə- Hindistanın baş verən hadisələr fonunda əsas oxdan ayrılaraq İsrailə meyl etməsi, yəni Modinin İsrailə getməsi və orada keçirilən görüşlər, silah tədarükü, daha sonra elə Ermənistanın özündə keçmiş İsrail hərbçisinin baş nazir postuna namizədliyinin irəli sürülməsini nümunə göstərmək olar. Bütün bu nüanslar diqqətdən qaçan, lakin olduqca maraqlı faktlardır. Bütün bunları nəzərə alaraq, tam əminliklə bölgədə olan savaş aktiv fazasına gəlib çatmayıb demək olar. Bu İranla da, Yaxın Şərqi bürüyəcək yeni müharibə dalğası ilə də bağlıdır”.

Siyasi şərhçi düşünür ki, digər yandan, Türkiyə və Ərəb ölkələrinin bu müharibəyə cəlb edilməsi məsələsi gündəmdədir:

“Bu haqda artıq pərdəaraxası danışıqlar gedir. Türkiyə xarici işlər naziri Hakan Fidanın Ər-Riyadda açıqlamaları var. İranla bağlı bu açıqlamalar əvvəlkilərdən daha fərqliydi. Bu çıxışlarda deyilirdi ki, müsəlman ölkələri niyə bomblanır, sənin problemin İsraillədirsə, onu vuracaqsan, Səudiyyə Ərəbistanı, Qətər, Azərbaycanın və digər ölkələrin vurulması nə dərəcədə məntiqə uyğundur? Müharibə bitsə belə, İran İslam dünyası və müsəlman ölkələri qarşısında cavab vermək məcburiyyətində qalacaq. İslam Əməkdaşlıq Təşkilatı, eləcə də digər müsəlman blokları İrandan hesabat istəyəcəklər. Dünya İran savaşından sonra çox fərqli bir mənzərə ilə qarşılaşacaq. Mən düşünürəm ki, hətta, NATO-nun belə parçalanması, bölünməsi yaxın vaxtda olmasa da, önümüzdəki onilliklərdə ehtimallar arasındadır”.

Məqalədə: #Rufiz Hafizoğlu: Rusiya və Çin İran-ABŞ gərginliyində soyuqqanlılıq nümayiş etdirir. #Ekspert: Yaxın Şərqdəki müharibənin kökündə ABŞ-Çin rəqabəti dayanır. #Türkiyə və Ərəb ölkələrinin münaqişəyə cəlb olunması pərdəarxası müzakirə edilib. #Hakan Fidanın Ər-Riyad bəyanatı: Müsəlman ölkələrinin bombalanması qəbulolunmazdır. #Siyasi şərhçi: Müharibədən sonra İslam dünyası İrandan hesabat istəyəcək. #Qlobal mənzərə dəyişir: NATO-nun gələcəkdə parçalanma ehtimalı gündəmə gəlib.

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

6 Sentyabr 12:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?

6 Sentyabr 09:00

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.