10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

14 ildən sonra - Suriya - İraq dəmir yolu xətti Yaxın Şərq üçün nə vəd edir?

Suriya və İraq arasında 14 il əvvəl dayandırılmış dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi istiqamətində praktiki addımlar atılır. Hər iki ölkənin dəmir yolu qurumlarının nümayəndələri sərhəd bölgəsində görüş keçirərək xəttin bərpası və yenidən istismara qaytarılması məsələlərini müzakirə ediblər.

23 İyun 2026 09:00
14 ildən sonra - Suriya - İraq dəmir yolu xətti Yaxın Şərq üçün nə vəd edir?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Suriya və İraq arasında 14 il əvvəl dayandırılmış dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi istiqamətində praktiki addımlar atılır. Hər iki ölkənin dəmir yolu qurumlarının nümayəndələri sərhəd bölgəsində görüş keçirərək xəttin bərpası və yenidən istismara qaytarılması məsələlərini müzakirə ediblər.

Suriyanın şimal-şərqində yerləşən Həsəkə bölgəsində aparılan yoxlamalar çərçivəsində Suriya Dəmir Yolları Qurumunun nümayəndə heyəti ölkəni İraqla birləşdirən dəmir yolu xəttinə baxış keçirib. Səfərin əsas məqsədi uzun illər istifadəsiz qalmış xəttin vəziyyətini qiymətləndirmək, dəymiş zərərlərin miqyasını müəyyənləşdirmək və stansiyaların hazırkı durumunu öyrənmək olub.

Suriya nümayəndə heyəti iki ölkəni birləşdirən Yərubiyyə sərhəd-keçid məntəqəsində iraqlı həmkarları ilə görüşərək xəttin yenidən fəaliyyətə başlaması üçün koordinasiya məsələlərini müzakirə edib. Görüş zamanı dəmir yolunun bərpası, texniki təmiri və infrastrukturun yenilənməsi ilə bağlı planlar nəzərdən keçirilib.

Suriyanın Dəmir Yolları Baş İdarəsinin rəhbəri Üsamə Əzzam Həddad bildirib ki, xəttə dəyən zərərlər ciddi xarakter daşımır və bərpa işlərinin iki ay ərzində tamamlanması mümkündür. Onun sözlərinə görə, görüləcək işlər əsasən torpaq işləri, qoruyucu bəndlərin bərpası və digər sadə texniki tədbirləri əhatə edəcək.

Həddad qeyd edib ki, Suriya ilə İraq arasında nəzərdə tutulan bu dəmir yolu xətti daha geniş regional nəqliyyat layihəsinin tərkib hissəsidir. Onun sözlərinə görə, marşrut Şərqi Avropadan başlayaraq Türkiyə ərazisindən keçən və Suriyaya qədər uzanan inkişaf dəhlizinin davamı hesab olunur.

Rəsmisinin sözlərinə görə, hazırda qiymətləndirilən dəmir yolu hissəsinin uzunluğu təxminən 80 kilometr təşkil edir. Bu marşrut İraq və Türkiyə arasında nəqliyyat məsafəsini əhəmiyyətli dərəcədə qısaldacaq. Eyni zamanda xətt İraqın Fəv limanını və ölkə daxilindəki quru logistika mərkəzlərini bir-birinə bağlayacaq. Layihənin həyata keçirilməsi regionun dəniz daşımalarından asılılığını azaltmaqla yanaşı, Hörmüz boğazında yaranan risklərin təsirini də müəyyən qədər zəiflədə bilər.

İraqın şimal bölgəsi üzrə dəmir yolları idarəsinin direktoru Qəhtan Əbdüləziz isə bildirib ki, xəttin yenidən istifadəyə verilməsi iki ölkə arasında yükdaşımaların inkişafına ciddi təkan verəcək. Onun sözlərinə görə, dəmir yolu vasitəsilə Suriya və İraq arasında malların mübadiləsi daha sürətli və səmərəli şəkildə həyata keçiriləcək. Həmçinin bu marşrut iki ölkə arasındakı ticarət əlaqələrində İraq limanlarına alternativ nəqliyyat kanalı rolunu oynayacaq.

Qeyd edək ki, fəaliyyət göstərdiyi dövrdə sözügedən dəmir yolu xətti İraqın Mosul şəhərini ölkənin Suriya ilə son sərhəd məntəqəsi hesab olunan Rəbiə şəhəri ilə birləşdirirdi. Buradan marşrut Suriyanın Qamışlı şəhərinə, daha sonra isə Türkiyənin Nusaybin şəhərinə qədər uzanırdı.

Regionda dəmir yolu əlaqələrinin canlandırılması istiqamətində müşahidə olunan fəallıq yalnız Suriya və İraqla məhdudlaşmır. Bir neçə gün əvvəl Livanın Dəmir Yolları və Birgə Nəqliyyat Baş İdarəsinin rəhbəri Ziyad Şiya da ölkəsində dəmir yolu xətlərinin gələn ildən yenidən fəaliyyətə başlayacağını açıqlayıb.

Onun sözlərinə görə, ilk mərhələdə Tripoli limanını Suriya sərhədi ilə birləşdirəcək xətt istifadəyə veriləcək. Layihənin əsas məqsədi Livanı beynəlxalq və regional nəqliyyat şəbəkələrinin mühüm hissəsinə çevirməkdir.

Ziyad Şiya bildirib ki, ölkədə sabitliyin təmin olunması bu cür iri layihələrin reallaşdırılması üçün əsas şərtdir. O vurğulayıb ki, hazırda regionda həyata keçirilən bir sıra nəqliyyat təşəbbüsləri də nəzərə alınır.

Rəsmisinin sözlərinə görə, Fars körfəzi regionundan başlayan, xüsusilə Səudiyyə Ərəbistanı ərazisindən keçərək İordaniya, Suriyanın Homs və Hələb şəhərləri vasitəsilə Türkiyəyə, oradan isə Avropaya uzanacaq dəmir yolu marşrutları üzərində iş aparılır.

Livanlı rəsmisi həmçinin qeyd edib ki, İran ətrafında yaranmış hərbi gərginlik və Hörmüz boğazının bağlanması ehtimalı region ölkələrini alternativ logistika marşrutları barədə daha intensiv düşünməyə vadar edib. Bu səbəbdən son dövrlərdə ərəb ölkələri və Körfəz regionunda dəmir yolu bağlantıları ilə bağlı görüşlərin və texniki araşdırmaların sayı əhəmiyyətli dərəcədə artıb.

Mütəxəssislərin fikrincə, regionda planlaşdırılan yeni dəmir yolu layihələri Yaxın Şərq ölkələri arasında ticarətin genişlənməsinə, yükdaşımaların sürətlənməsinə və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsinə mühüm töhfə verə bilər.

Məqalədə: #Suriya–İraq dəmir yolu xətti #dəmir yolunun bərpası #Rabiə–Qamışlı dəmir yolu marşrutu #Mosul sərhəd xətti #Şimali İraq və Suriya nəqliyyat əlaqələri #regional nəqliyyat dəhlizi #Yaxın Şərq logistika layihələri #dəmir yolu infrastrukturunun təmiri

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.