5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Nədir
Nədir

Fələk nədir?

Fələk orta əsr İslam kosmologiyasında ulduzları daşıdığına və hərəkət etdirdiyinə inanılan şəffaf göy kürəsinə verilən addır. Bu termin İslam fəlsəfəsində, xüsusilə Farabinin (871-950) sistemləşdirdiyi südur nəzəriyyəsində böyük əhəmiyyət kəsb edən məfhumdur.

20 Sentyabr 2025 12:33
Fələk nədir?

BAKI,AzerVoice

Fələk orta əsr İslam kosmologiyasında ulduzları daşıdığına və hərəkət etdirdiyinə inanılan şəffaf göy kürəsinə verilən addır. Bu termin İslam fəlsəfəsində, xüsusilə Fərabinin (871-950) sistemləşdirdiyi südur nəzəriyyəsində böyük əhəmiyyət kəsb edən məfhumdur.
Belə ki, bu nəzəriyyədə kürə, yaxud göy cisimləri adı ilə qeyd olunan fələklər fiziki varlıqları ilə yanaşı, ağlı və ruhu olan, dairəvi hərəkət edən varlıqlar olaraq açıqlanır.
Farabiyə görə, fələklər Yer üzərindəki bütün dəyişikliklərin fiziki səbəbini təşkil edir. Bütün bu səbəblər isə “ilk səbəb”ə bağlıdır. İbn Sina (980-1037) də bu mənada, Farabi ilə eyni fikirdədir.
İbn Sinaya görə, fələklər ayaltı aləmdə mövcud olan dörd ünsürdən (Hava, Od, Su, Torpaq) meydana gələn cisimlərə müqabil olaraq beşinci ünsürdən (guinta essentia) meydana gəlmişdir.

“Fələk” termini İslam düşüncəsində astronomiya sahəsində də “elmi-fələk” (fələk elmi) adı altında müzakirə obyektinə çevrilmişdir. Bundan əlavə, Yer üzü nəzər nöqtəsinə alınaraq, dünyanın ətrafında dövr etdiyi düşünülən səmavi kürələrə də fələk adı verilmişdir. Göy üzündə bütün ulduz və planetlərin özünəməxsus qatları vardır. Orta əsrlərdəki İslam peripatetik fəlsəfəsinin kosmoloji təsəvvürünə görə, həmin qatlar doqquz ədəddir.
Bunlardan birincisi, ilkhərəkətli fələkdir (fələki-əqsa, fələki-əflak); ikincisi, sabit ulduzlar kürəsi (əl-kəvakib əs-sabitə); üçüncüsü, Saturn/Zühal kürəsi; dördüncüsü, Yupiter kürəsi; beşincisi, Mars; altıncısı, Günəş (şəms); yeddincisi, Venera (zöhrə); səkkinzincisi, Merkuri və doqquzuncusu, Ay (qəmər) kürəsidir.
Müasir kosmologiyaya görə, Günəşin ətrafında doqquz əsas Planet dövr etməkdədir. XVI əsrdə Kopernikdən (1473-1543) sonra Kepler (1571- 1630) planetlərin Günəş ətrafında fırlanmaları ilə əlaqədar qanunları empirik təcrübələrlə əsaslandırmışdır.

Məqalədə: #Fələk nədir? #İbn Sina #Fərabi #İslam fəlsəfəsi #fələk elmi #Kopernik #Kepler #guinta essentia

Mövzu üzrə digər xəbərlər

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
Süleymanın kiçik açarı kitabında 10-cu ruh - Buer kimdir?
Mifologiya və əfsanələr

Süleymanın kiçik açarı kitabında 10-cu ruh - Buer kimdir?

2 Avqust 19:00
DAAD təqaüdü nədir?
Nə, necə, niyə? Elmi ensiklopediya

DAAD təqaüdü nədir?

2 Avqust 09:30
Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları
Sağlamlıq ensiklopediyası: Xəstəliklər və fobiyalar

Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları

26 İyul 17:00

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.