6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar
Bioqrafiya: Tanınmış simalar

Abaza Həsən Paşa kimdir?

Ona qarşı sui-qəsd hazırlandığını öyrəndikdə, öz ətrafına böyük bir ordu toplayaraq üsyan qaldırdı.

13 Aprel 2025 18:06
Abaza Həsən Paşa kimdir?

BAKI,AzerVoice

Osmanlı dövləti tarixində ən böyük üsyanlardan biri olan Cəlali üsyanına rəhbərlik etmiş üsyançı liderlərdən biri Abaza Həsən Paşa olmuşdur (1069–1659). O, əvvəlcə süvari qüvvələrinin tərkibində xidmət edirdi və 1648-ci ildə Qara Haydaroğlu üsyanının yatırılmasında göstərdiyi xidmətlərlə seçilərək, Yeni Vilayət Türkmən voyevodalığına təyin olunmuşdu.

Lakin bu təyinat digər ocaq ağaları arasında narazılıq və qısqanclıq yaratdı. Abaza Həsən müddəti bitməmiş vəzifəsindən uzaqlaşdırıldı. Ona qarşı sui-qəsd hazırlandığını öyrəndikdə, öz ətrafına böyük bir ordu toplayaraq üsyan qaldırdı.

İlk olaraq İzmitə yürüyərək şəhərə gedən yolları bağladı, basqınlar etdi və daha sonra Kastamonunu talan etdi. Buna baxmayaraq, hökumət onun özbaşınalığına qarşı ciddi tədbir görmədi. Nəhayət, Şeyxülislam Qara Çələbizadə Əbdüləziz Əfəndidən fətva alındı və Abazanın üzərinə Sivas valisi İpşir Mustafa Paşa göndərildi. Lakin İpşir Paşa bu vəzifəni qəbul etməkdə tərəddüd etdiyinə görə vəzifədən alındı və onun yerinə Karaman bəylərbəyi Katırcıoğlu Mehmed Paşa baş komandan təyin edildi.

Abaza Həsən isə İpşir Paşa ilə birləşərək Aksaray yaxınlığında Katırcıoğlunu məğlub etdi. Bu uğurdan sonra Abaza xalqdan zorla vergi toplayır və İpşir Paşanı baş vəzirliyə namizəd kimi görməyə başlayır. Hətta bu məqsədlə İstanbula yürüş etməyi planlaşdırırdı. Bu arada İstanbulda ağaların səltənətinə son qoyulmuşdu və üsyançılarla razılaşma üçün zəmin hazırlanmışdı. Hökumətin zəifliyindən istifadə edən üsyançılar öz şərtlərini qəbul etdirdilər – Abazaya Türkmən ağalığı, İpşir Paşaya isə Hələb valiliyi verildi.

Bu razılaşma ilə gücləndiyini hiss edən üsyançılar ətraflarına daha çox əsgər toplamağa başladılar. 1654-cü ildə İpşir Mustafa Paşa baş vəzir təyin edildikdə, Abaza Həsən minlərlə süvari ilə birlikdə İstanbula gəldi. Lakin törətdiyi qarışıqlıqlara görə o, vəzifəsində cəmi altı ay qala bildi və daha sonra edam edildi.

Abaza Həsən Paşa əvvəlcə Türkmən voyevodalığına, daha sonra isə Diyarbəkir valiliyinə təyin olundu və paytaxtdan uzaqlaşdırıldı. IV Mehmedin hakimiyyətinin ilk səkkiz ilində dövlət ciddi sarsıntılar keçirdi, bu dövrdə on dörd böyük vəzir mühakimə olunsa da, müsbət nəticələr əldə olunmadı.

Nəhayət, Köprülü Mehmed Paşa müəyyən şərtlərlə baş vəzir təyin olundu. Dövlətin mərkəzi hakimiyyətini bərpa etmək və asayişi təmin etmək üçün ciddi tədbirlər gördü və bir çox insanı edam etdirdi. Əvvəlcə Abazanı Hələb valiliyinə təyin etdi, sonra onu Erdel səfərinə çağırdı. Lakin Köprülünün sərt siyasətindən qaçan bir çox adam Abazaya sığındı. Abaza Həsən isə Erdel səfərinə qatılmaqdan imtina etdi və sultana müraciət edərək Köprülünün vəzirlikdən azad edilməsini istədi.

Bu vaxt Macarıstanda Osmanlı qüvvələri düşmənlə mübarizə apararkən Anadoluda böyük bir Cəlali üsyanı başladı. Abaza Həsən İlgində Serdar Murtaza Paşanın komandanlıq etdiyi bir orduyu məğlub etsə də, qışın gəlməsi səbəbilə Hələbə çəkildi. Artıq xalq da ondan üz çevirmiş, ordusunda fərarilik artmışdı. Nəhayət, Hələbdə təşkil olunmuş sui-qəsd nəticəsində vəzirləri ilə birlikdə qətlə yetirildi.

Məqalədə: #Abaza Həsən Paşa kimdir? #Osmanlı dövləti tarixi #Osmanlı ordusunda üsyanlar #Abaza Həsən Paşa #Cəlali üsyanları #Abaza Həsənin üsyanı #Osmanlıda mərkəzi hakimiyyət #Cəlali üsyanları nədir?

Mövzu üzrə digər xəbərlər

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri

08:39
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Hərb tarixi: Döyüş xronikası

Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?

5 Sentyabr 14:06
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

4 Sentyabr 16:17
Tarixdə bu gün — 1 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün — 1 Sentyabr

1 Sentyabr 00:01

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.