7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Yəmən
Yəmən

ABŞ ordusu Yəmənin paytaxtına hava zərbələri endirib

28 Aprel 2025 00:58
ABŞ ordusu Yəmənin paytaxtına hava zərbələri endirib

BAKI, AzerVoice

ABŞ ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" (Husilər) hərəkatının nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata əsasən, hava zərbələri nəticəsində azı 8 nəfər həlak olub.

Zərbələr nəticəsində üç yaşayış binası dağılıb. Ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralananlar barədə də məlumat verilib, lakin onların sayı dəqiqləşdirilməyib.

Xatırladaq ki, Qəzza zolağındakı münaqişənin 2023-cü ildə gərginləşməsindən sonra husilər İsrail ərazisinə raket hücumları edəcəklərini və onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Qəzzada yanvar ayının ortalarında atəşkəs rejiminin tətbiqindən sonra bu hücumlar dayandırılmışdı. Lakin martın əvvəlində atəşkəsin pozulmasından sonra husilər İsrailə məxsus gəmilərə qarşı Qırmızı dənizdə yenidən hücumlara başladılar və daha sonra raketlər vasitəsilə İsrail ərazisindəki obyektlərə hücumlarını bərpa etdilər.

Martın 15-də ABŞ prezidenti Donald Trampın əmri ilə husilərin nəzarətində olan Yəmən ərazilərindəki obyektlərə kütləvi hava zərbələri endirilməyə başlanılıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, bu əməliyyat Amerikanın maraqlarını qorumaq və təhlükəsiz gəmiçiliyi təmin etmək məqsədi daşıyır.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #Yəmən #Qırmızı dəniz #Husilər #atəşkəs #hava hücumu #Raket zərbələri #hava zərbələri

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

19:31

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.