Məkkə,ArabAZ,Əhməd Salih Hələbi

Məkkəyə gələn şərqşünasların tərcümeyi-halı və həyatlarını oxuyanlar görərlər ki, onların demək olar ki böyük əksəriyyəti müsəlmanların Həcc ziyarətinə getdikləri Məkkə şəhərinin sosial və iqtisadi həyatını öyrənmək məqsədi daşıyan casuslardır.

Şərqşünaslar öz məqsədlərinə çatmaq üçün bütün vasitə və üsullardan istifadə edirdlər. Onların ilk addımı İslamı qəbul etmək, ərəb dilini və mədəniyyətini mənimsəmək və ərəb paltarı geyinmək idi. Bu dəyişiklik onları toplumun bir hissəsi edir bə öz məqsədlərinə çatmağa kömək edirdi.Hətta bir çox ərəblər onların ərəb olmadığını belə anlaya bilmirdilər.

1803-1807-ci illərdə fəaliyyət gösərərn Əli bəy Əl-Abbasi kimi tanınan Dominqo Fransisko Badianın tərcümeyi-halını oxuyanlar bunu fərq edəcəklər.

İslamı qəbul etdiyini elan edərək, müvəqqəti  müsəlman olan ilk İspan Məkkəyə girmədən öncə Misir, Mərakeş, Suriya, Livan və Fələstində yaşayan xalqların adət-ənənələrini öyrəndi.
O, ilk kitabını 1814-cü ildə “1803-1807-ci illərdə Afrika və Asiyada Əli Bəy Əl-Abbası səyahətləri” adlı ilə çap etdi. Üç cilddən ibarət olan və fransızca dərc edilən kitabda səyyahın özü tərəfindən hazırlanmış böyük bir xəritə və rəsm kolleksiyası var idi.

Bu kitabın ingiliscə tərcüməsi 1816-cı ildə “Əli bəyin 1803-1807-ci illər arasında Mərakeş, Tripoli, Kipr, Misir, Ərəbistan, Suriya və Türkiyədə səyahətləri” adı ilə iki hissədə nəşr olundu. 1816-cı ildə alman dilinə, sonra isə italyan dilinə çevrildi və kitab əvvəlki tərcümələrdə olduğu kimi Əli Bəy Əl-Abbasi adına deyil, 1836-cı ildə əsl müəllif Dominqo Fransisko Badia adı ilə ispan dilində çıxdı.

Başqa bir casus Yohan Uayld Dominqodan geri qalmaq niyyətində deyildi. Dominqodan fərqli olaraq Yohan Macarıstan imperatorluğu ordusunda hərbi xidmətini yerinə yetirərkən türk ordusuna əsir düşən alman əsiri idi.
O 1604-cü iləd Əlcəzairin Konstantina şəhərinə kölə kimi aparılaraq orada qul kimi satıldı. Satın alınaraq başqa bir qul taciri tərəfindən Misirə aparıldı. Daha sonra 1607-ci ildə Məkkəyə Həcc səfərində onu özü ilə aparan fars tacirə yenidən satıldı.
Məkkəyə gəldikdən sonra o Həcc səfəri zamanı Müqəddəs Şəhər və onun ictimai-iqtisadi həyatı haqqında çoxlu müşahidələr aparmağa və çoxlu məlumat toplmaq fürsəti əldə etdi.

Sonralar “Şərqsunas Əsir” adı verilən alman Yohan ,  Məkkə və ümumilikdə Həccə səfəri zamanı nələrin olduğunu  bütün xırdalıqları ilə Qərbə şatdıra bildi. Yohan xırda detalları belə nəzərdən qaçırmırdı. Bu  onun memuarlarında öz əksini tapmışdı.
“ Həccə gələn zəvvarlar yollarda olduqca əziyyət çəkirlər. Həccə gələn zəvvarın bir çox quraq səhralarda ölür. Yanbudan (Səudiyyədə yer adı) ayrılan karvanlara üç gün sonra hücum oldu və 300 -ə yaxən zəvvar öldürüldü. Digərləri Məkkəyə şatmaq üçün marşrutu dəyişməli oldular””-deyə Yoah öz mümuarlarında yazırdı.

Yohanın yazdıqları onu  göstərir ki, o  ayrıca Məkkəyə gələn zəvvarlarla da görüşüb söhbər edirdi.

Yohan o qədər mahir casus idi ki, seçilməmək üçün Kəbəni, Qara daşı, Məqami İbrahimdə namaz qılanları, Zəm-Zəm suyunu olduqca gözəl vəsf edirdi.

“Buranın ( Kəbə nəzərdə tutulur) qoxusu, həyatımda  qoxuladığım ən gözəl qoxudur. Bu qoxuya valehəm o məni sevindirir”-deyə Yohan yazırdı.

O, zəvvarların müqəddəs yerlərə hərəkətini, zilhiccə ayının 9-da Ərəfatda Rəhmə dağına qalxmasını, sonra gün batanda Müzdəlifəyə, oradan da Minaya yola düşməsini, daş atmalarını, qurbanlıq kəsmələrini və yerinə yetirmələrini olduqca dəqiq  təsvir edirdi.

O, həmçinin müqəddəs Məkkəni və oraya gəldiyi anı və Mədinəyə səfərini təsvir edərək yazırdı: “Onlar, yəni zəvvarlar həcc ayinlərini yerinə yetirdikdən sonra karvanla birlikdə Mədinəyə doğru yola düşdülər. Lakin yolun çətinliyi və təhlükəli olması Mədinyəyə iki nəfərin bir yerdə getməsini  belə imkansız edir”

Yohan Mədinəyə gəlişi və Peyğəmbər məscidinə daxil olduğu anın dəqiq təsvirini yazır və deyirdi: “Biz Mədinəyə çatdıq, dəmir və mis hörgü ilə bəzədilmiş qapalı otağın qarşısında dayandıq – yəni Peyğəmbərin otağı. – heç kəsi içəri buraxmadılar və zəvvarlar dualarını qapıların qarşısında etməli oldular.

Bütün bunlarla Yohan gündəliklərində ticarət əməliyyatları, əhalinin sosial həyatı, nikah və sünnət adətləri ilə bağlı bəzi məlumatların yer almasını təmin etmiş, əhalinin geyindiyi paltarlara da toxunmuşdu.

Yohanın xatirələri 1613-cü ildə çap edilən, sonra isə 1623-cü ildə yenidən nəşr edilən “Xristian Məhbusun Səyahətinin Hesabatı” adlı kitabda var.

Bütün bunları nəzərə alsaq deyə biləri ki , Məkkəyə gələn şərqşünaslar öz yazıları ilə Məkkə, onun sakinləri və ziyarətçiləri haqqında çoxlu məlumatları Qərbə çatdlıra biliblər.

Əlaqə üçün: ahmad.s.a@hotmail.com

Share.

Şərhlər bağlıdır.

Exit mobile version