Şənbə, 25 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Qətər » Süni intellekt bumu və iqtisadi artım dollara tələbatı artırır-QNB

Süni intellekt bumu və iqtisadi artım dollara tələbatı artırır-QNB

İyul 25, 2026 6:35 səhər
Paylaş
Paylaş

Qətər Milli Bankı (QNB) bildirir ki, ABŞ dolları son illərdə müxtəlif struktur çətinliklərinə baxmayaraq, yüksək dözümlülük nümayiş etdirməkdə davam edir. Bu təzyiqlər sırasına dolların real məzənnəsinin yüksəlməsi, ABŞ-nin dövlət büdcəsində və ticarət balansında davam edən kəsir, həmçinin bir sıra mərkəzi bankların ehtiyatlarını dollardan kənar diversifikasiya etməsi daxildir.

ArabAZ xəbər verir ki, Bankın həftəlik hesabatında qeyd olunur ki, bu amillər bir çox analitiklərin dolların gələcəyi ilə bağlı suallar verməsinə səbəb olub. Lakin Amerika valyutası əsas dünya valyutaları qarşısında öz mövqeyini qoruyub saxlayıb. Bu hal uzunmüddətli mənfi təsirlərin qarşısını alan dövri amillərin gücünü göstərir.

Hesabatda bildirilir ki, struktur amilləri dolların uzunmüddətli dinamikasında mühüm rol oynayır. Qısamüddətli məzənnə hərəkətləri isə birbaşa dövri amillərdən, xüsusilə faiz dərəcələri arasındakı fərqdən asılıdır. Çünki bu fərq qlobal kapital axınını və investisiya portfellərinin bazarlar arasında paylanmasını idarə edir.

Məlumata görə, son dövrdə ABŞ iqtisadiyyatı dolların güclənməsinə kömək edən iki əlavə üstünlük qazanıb. Bunlar iqtisadi fəallığın möhkəmliyi və süni intellekt texnologiyalarının təkan verdiyi investisiya sıçrayışıdır. Hər iki amil xarici investorların ABŞ maliyyə aktivlərinə olan tələbatını artıraraq dollara əlavə dəstək olub.

  • Husilərin “mühasirə” yalanı və Yəməndəki real vəziyyət
  • Süni intellekt bumu və iqtisadi artım dollara tələbatı artırır-QNB
  • İranın hücumlarına qarşı altı Körfəz ölkəsi hansı adımı atır?
  • Səudiyyə yay festivalında hansı yerli ənənələr nümayiş olundu?
  • Bab əl-Məndəb boğazında ticarət gəmiləri qorunacaq
  • Livan siyasi həyatına qayıtmaq istəyən Saad Əl-Hariri kimdir

Bank vurğulayır ki, faiz dərəcələrindəki fərqlər dolların göstəricilərinə təsir edən əsas amillərdən biridir. Müxtəlif iqtisadiyyatlarda maliyyə aktivlərinin gəlirliliyi məzənnələrə birbaşa təsir edir. Bu da pul-kredit siyasətini valyuta hərəkətlərinin əsas təkanverici qüvvəsinə çevirir. ABŞ-də faiz dərəcələrinin digər inkişaf etmiş ölkələrlə müqayisədə yüksək olması dollarla olan aktivlərə tələbatı artırır.

Tarixi təcrübə də göstərir ki, ABŞ-də faiz dərəcələrinin yüksək olduğu dövrlər dolların möhkəmlənməsi ilə müşayiət olunub. Federal Ehtiyat Sisteminin pul-kredit siyasətindəki son dəyişikliklər faiz fərqlərinin rolunu daha da artırıb.

  • İraq millisi DÇ-2026-ya hazırlaşır-İlk rəqib Andorra olacaq
  • Qətərdə torpaq və mənzil satışlarında ciddi artım qeyd edilib
  • Dubay Safari Parkı uşaqlar üçün pulsuz oldu
  • Əbu-Dabi əmlak bazarında əməliyyat həcmi 32 milyar dollara çatdı

İlin əvvəlində maliyyə pazarları 2026-cı ildə ABŞ-də faiz dərəcələrinin 50 bazis bəndi endiriləcəyini gözləyirdi. Lakin inflyasiya təzyiqlərinin qalması, iqtisadi fəallığın gücü və Federal Ehtiyat Sisteminin yeni rəhbəri Kevin Uorşun başçılığı altında daha sərt pul-kredit siyasətinə keçməsi bu gözləntilərin dəyişməsinə səbəb olub.

Qətər birjasında mənfəət bumu: Şirkətlər 12,76 milyard qazanıb

Hazırda maliyyə pazarları əsas faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə qalacağını proqnozlaşdırır. İqtisadi gedişat tələb edərsə, pul-kredit siyasətinə əlavə düzəlişlərin edilməsi də istisna olunmur.

Məlumat üçün qeyd edək ki, hazırda ABŞ-də federal fondlar üzrə faiz dərəcəsi 3,50% – 3,75% aralığındadır. Bu göstərici Avropa Mərkəzi Bankında 2,25%, Yaponiya Bankında isə 1,00% təşkil edir. Bu ciddi fərq ABŞ ilə digər inkişaf etmiş ölkələr arasında böyük məsafənin qaldığını göstərir.

Bankın qənaətinə görə, faiz dərəcələrindəki bu böyük fərq önümüzdəki dövrdə də ABŞ dolları üçün en mühüm dəstək mənbələrindən biri olaraq qalacaq.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Qətər

Qətər turizmində böyük artım – İlk rübdə 1.13 milyon turist

Müəllif:
ArabAZ News
Qətər

Qətərdə ən yaxşı investisiya imkanları hansılardır?

Müəllif:
ArabAZ News
Qətər

Qətərdə torpaq və mənzil satışlarında ciddi artım qeyd edilib

Müəllif:
ArabAZ News
Qətər

Qətər beynəlxalq iqlim laboratoriyasına çevrilir

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.