6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Hizbullah Livanı bölür, parçalayır və məhv edir

Rəsmi dairələr Vaşinqtona hökumətin Hizbullahın silahlarını mərhələli şəkildə toplamaq öhdəliyini təsdiqləsə də, prezident Aun ölkə daxilində fərqli siqnallar göndərir. Onun mesajı belədir ki, partiyaya qarşı hərbi addım yalnız geniş siyasi konsensus əldə olunandan sonra mümkündür, bəlkə də ümumiyyətlə mümkün deyil, çünki bu, ölkəni daxildən partlada bilər.

3 Sentyabr 2025 09:00
Hizbullah Livanı bölür, parçalayır və məhv edir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Livanın prezidenti Cozef Aun ABŞ qarşısında Hizbullahın silahsızlaşdırılmasına başlamaq barədə açıq öhdəliklər götürməsinə baxmayaraq, reallıq göstərir ki, bu mövzu hələ də yerində sayır. Çünki daxili və regional mürəkkəbliklər bu istiqamətdə atılacaq hər hansı əməli addımı riskli edir.

Rəsmi dairələr Vaşinqtona hökumətin Hizbullahın silahlarını mərhələli şəkildə toplamaq öhdəliyini təsdiqləsə də, prezident Aun ölkə daxilində fərqli siqnallar göndərir. Onun mesajı belədir ki, partiyaya qarşı hərbi addım yalnız geniş siyasi konsensus əldə olunandan sonra mümkündür, bəlkə də ümumiyyətlə mümkün deyil, çünki bu, ölkəni daxildən partlada bilər.

“Rabdan” Təhlükəsizlik Araşdırmaları Mərkəzindən Kristian Patrik Aleksandr xəbərdarlıq edir ki, “siyasi konsensus” bəhanəsi ilə silahsızlaşdırmanın təxirə salınması Livan institutlarını daimi iflic vəziyyətində saxlaya bilər. Onun fikrincə, Hizbullahı dövlətin strukturlarından kənarlaşdırmaq legitimliyi bərpa etməyin və effektiv dövlət qurmağın yeganə yoludur.

Keçmişdə orduya rəhbərlik etmiş prezident Aun yaxşı anlayır ki, o, çətin vəziyyətdədir: beynəlxalq aləmdən, xüsusilə ABŞ-dan BMT Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsini – yəni silahlı qrupların, ilk növbədə Hizbullahın silahsızlaşdırılmasını – həyata keçirmək tələb olunur. Amma Livanın daxili reallığı zəifdir və hər an daxili qarşıdurma ilə partlaya bilər.

Ordunun məhdud imkanları

Vaşinqton İnstitutunun hesabatında bildirilir ki, silahsızlaşdırma barədə təkrar-təkrar danışmaq real iradəni deyil, daha çox xarici təzyiqləri yumşaltmaq və vaxt qazanmaq məqsədini daşıyır. ABŞ-dan təlim və məhdud silahlanan Livan ordusu Hizbullahla açıq qarşıdurmaya hazır deyil. Hizbullah isə həm hərbi baxımdan güclü, həm də İran başda olmaqla geniş regional dəstəyə sahibdir.

Üstəlik, ordunun yeni rəhbəri general Rudolf Heykəl məhz Hizbullahın dəstəyi ilə vəzifəyə gətirilib ki, bu da ordunun müstəqil hərəkət imkanlarını azaldır.

Cənubdakı hadisə də bu reallığı göstərdi: Hizbullah üzvlərinin üzərindəki partlayıcı qurğu partlayanda, Livan ordusunun mütəxəssisləri həlak oldu. Bu, partiyanın öz arsenalına toxunmağa çalışan hər kəsə açıq mesaj idi – həm Livandakı rəqiblərinə, həm də Qərb paytaxtlarına.

Dövlətlə “dövlət içində dövlət”in toqquşması

Hizbullahın silahının alınması sadəcə hərbi əməliyyatla həyata keçirilə biləcək məsələ deyil. Bu, dövlətin öz suverenliyini bərpa etmək istəyilə Hizbullahın qurduğu “dövlət içində dövlət” modeli arasındakı güc mübarizəsidir. Partiyanın arxasında həm geniş sosial baza, həm də siyasi müttəfiqlər – ilk növbədə, “Əməl” Hərəkatı və parlament sədri Nəbih Bərri dayanır.

Prezident Aunun dilemması buradadır: partiyaya qarşı hər hansı addım vətəndaş müharibəsini alovlandıra bilər. Çünki ölkədəki həssas məzhəb balansı, siyasi parçalanmalar və cəmiyyətin bir hissəsinin Hizbullahı “qanuni müqavimət”, digər hissəsinin isə “qanunsuz silahlı dəstə” kimi görməsi ölkəni parçalanma həddinə gətirir.

Beynəlxalq ictimaiyyətin də əlində effektiv təzyiq alətləri yoxdur. İflasın astanasında olan, iqtisadiyyatı çökmüş Livan hökuməti daim manevr etmək, vaxtı uzatmaq və icrasız vədlər vermək imkanına sahibdir. Parlamentdə isə birləşmiş mövqenin olmaması seçkilərə də ümidləri azaldır, çünki Hizbullah maliyyə və media resursları ilə təsirini qoruyur.

ABŞ və Avropa dəfələrlə dəstəyini ifadə etsə də, indiyədək tətbiq edilən sanksiyalar partiyanın gücünü zəiflətməyib. İqtisadi yardımı dayandırmaq variantı isə Avropada dövlətin tam çöküşündən ehtiyatla qarşılanır. Livanın siyasi təcridi də gündəmə gətirilmir, çünki bu, ölkəni daha radikal qruplara açıq qoyar.

Regional reallıq və İran faktoru

Hizbullah təkbaşına fəaliyyət göstərmir. O, İranın bölgədəki strateji qolu kimi çıxış edir. Tehran onu İsrail və Qərblə ehtimal olunan qarşıdurmada ən önəmli dayaqlarından biri sayır. Ona görə də regional anlaşma olmadan, xüsusilə İranla razılıq əldə edilmədən, Hizbullahın silahsızlaşdırılması qeyri-real görünür.

Partiya silah məsələsini “qırmızı xətt” hesab edir və bu barədə heç bir güzəştə getmir. İllərdir müzakirə olunan “milli müdafiə strategiyası” dialoqları nəticəsiz qalıb. Partiyanın regional müharibələrdə iştirakı səbəbindən sosial dayağı zəifləsə də, alternativ siyasi qüvvələrin zəifliyi silahsızlaşdırma təzyiqini real nəticəyə çevirməyib.

Məqalədə: #Livan #Hizbullah #Livan xəbərləri #İran və Hizbullah əlaqələri #Livanda silahlı qruplar və dövlət #Livanda regional siyasət #Livan siyasi sui-qəsdləri #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #Hizbullahın Livandakı rolu #Hizbullah və Qəzza həmrəyliyi #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Cözef Aun və Hizbullah #Cözef Aunun Hizbullah təklifi necə qarşılanır? #Cözef Aun və Mahmud Abbas görüşü

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

15:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.