8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Səmimiyyət - itməkdə olan dəyər

Toplumların islahı, insanları doğruya yönəltmək və xeyirli işlərə təşviq etmək istəyən hər bir kəs üçün ən vacib xüsusiyyətlərdən biri səmimiyyətdir. Səmimiyyət (ixlas) — insanın etdiyi işi yalnız Allah rizası üçün etməsidir. Əgər bir əməl səmimiyyətdən məhrumdursa, onun zahiri gözəl olsa belə, dəyəri yoxdur.

31 Oktyabr 2025 08:00
Səmimiyyət - itməkdə olan dəyər

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Toplumların islahı, insanları doğruya yönəltmək və xeyirli işlərə təşviq etmək istəyən hər bir kəs üçün ən vacib xüsusiyyətlərdən biri səmimiyyətdir. Səmimiyyət (ixlas) — insanın etdiyi işi yalnız Allah rizası üçün etməsidir. Əgər bir əməl səmimiyyətdən məhrumdursa, onun zahiri gözəl olsa belə, dəyəri yoxdur.

Səmimiyyətin Qurandakı yeri

Qurani-Kərimdə Allah-Təala buyurur:

“Onlar ancaq Allaha ibadət etməklə, dinlərini Ona xalis edərək (ixlasla) birləşdirməklə əmr olundular...” (əl-Bəyyinə, 5)

Bu ayə göstərir ki, insanın ibadəti, əməli, dəvəti və fəaliyyəti yalnız Allaha xalis niyyətlə yönəlməlidir. Əgər bir insan dinə xidmət etdiyini düşünür, lakin bunu tanınmaq, təqdir qazanmaq, nüfuz əldə etmək üçün edirsə, onun əməli ixlasdan uzaqdır.

Allah başqa bir ayədə belə xəbərdarlıq edir:

“Kim axirət mükafatını istəsə, onun qazancını artırarıq; kim dünya qazancını istəsə, ona da ondan verərik, lakin onun axirətdə bir payı olmaz.” (əş-Şura, 20)

Bu ayə göstərir ki, niyyət insanın əməlini formalaşdıran ruhdur. Dünyəvi niyyətlə edilən bir işin mükafatı dünyada bitər, lakin axirət üçün olan işlər əbədi qalır.

Peyğəmbərin (s) səmimiyyət haqqında buyurduqları

Rəsulullah buyurmuşdur:

“Həqiqətən, əməllər niyyətlərə görədir. Hər kəs üçün niyyət etdiyi vardır.” (Buxari, Müslim)

Bu hədis İslamda səmimiyyətin əsas meyarını müəyyən edir. Əgər bir insan cəmiyyətə fayda vermək, insanlara doğru yolu göstərmək, elm öyrətmək və ya yardımlaşmaq istəyirsə, bunu Allaha yaxınlaşmaq niyyətilə etməlidir. Əks halda, bu əməl yalnız zahiri nəticə doğurar, amma mənəvi dəyər daşımaz.

Başqa bir hədisdə Rəsulullah xəbərdarlıq etmişdir:

“Qiyamət günü ilk hesab veriləcək üç nəfərdən biri – Allah yolunda döyüşüb öldürülən şəxs olacaq. Amma ona deyiləcək: ‘Sən cəsur deyilsənmi deyilsin deyə vuruşdun, mükafatını dünyada aldın.’ Sonra cəhənnəmə atılacaq.” (Müslim, Riyazus-Salihin, 1621)

Bu hədisin dərin mənası var: əməl səmimiyyətsizdirsə, o, Allah yanında heç bir dəyər daşımır.

Səmimiyyətin ictimai əhəmiyyəti

Cəmiyyətə xeyir vermək istəyən insan əvvəlcə öz iç dünyasında səmimiyyətini qorumağı bacarmalıdır. Səmimiyyət – insanların etimadını qazanmaq üçün deyil, Allahın rizasını qazanmaq üçün çalışmaqdır.

Müsəlman xeyri yaşamalıdır: xeyirli şəxsiyyət, xeyirli dost, xeyirli vətəndaş olmalıdır. Amma bütün bunlar yalnız səmimiyyətlə dəyər qazanır.

Səmimi insan hörməti yaltaqlıqla qarışdırmaz. O, insanların yanında deyil, Allahın hüzurunda təmiz olmağa çalışar. Səmimi insan başqasının uğuruna sevinər, onun qazanclarını qısqanmaz.

Quranda paxıllıq haqqında belə buyurulur:

“Yoxsa onlar Allahın Öz fəzlindən verdiklərinə görə insanlara paxıllıq edirlər?” (ən-Nisa, 54)

Paxıllıq insanı səmimiyyətdən uzaqlaşdırır. Səmimiyyət isə qəlbi təmizləyir, nifrət və qısqanclığın yerini mərhəmət və sevgi ilə doldurur.

Dindarlar arasındakı gizli təhlükə

Bu gün cəmiyyətlərdə, xüsusilə dindar təbəqələrdə gizli paxıllıq və rəqabət hissi bəzən səmimiyyətin yerini alır. Bir çox hallarda dinə xidmət, elm, təbliğ və ya sosial fəaliyyətlər şəxsi ambisiyalarla qarışır. Halbuki Peyğəmbər buyurub:

“Üç şey vardır ki, kim onları özündə cəm etsə, imanın şirinliyini dadar: Allahı və Rəsulunu hər şeydən çox sevmək, birini yalnız Allah üçün sevmək, küfrə dönməkdən oddan qorxduğu kimi qorxmaq.” (Buxari, Müslim)

Bu hədis göstərir ki, insanlar arasındakı münasibətin əsası səmimiyyət və ixlas olmalıdır. Əgər sevgi, hörmət və əməkdaşlıq yalnız Allaha görədirsə, o zaman cəmiyyətin islahı mümkündür.

Nəticə

Səmimiyyət – insanın bütün əməllərinin dəyərini müəyyən edən gizli meyardır.
O, qəlbdə olmasa, ən gözəl görünən işlər belə, mənasız hala gələr.
Amma səmimiyyət varsa, kiçik bir əməl belə, Allah qatında uca dəyər qazanır.

Səmimi insanlar — iç dünyasında paxıllığı, riya və təkəbbürü öldürənlər — cəmiyyətləri dəyişdirən real gücdürlər.
Onların sözü təsirli, əməli nümunəvi olur.
Cəmiyyətin dirçəlişi də, mənəvi yenilənməsi də, islahı da səmimi qəlblərlə mümkündür.

Allah-Təala buyurur:

“Əgər siz Allaha yardım etsəniz, Allah da sizə yardım edər və ayaqlarınızı möhkəmlədər.”
(Muhəmməd, 7)

Lakin bu yardım, yalnız səmimi niyyətlə edilən işlərə və xalis qəlblə çalışan insanlara nəsib olur.

Məqalədə: #İslam irsi #islam #Qurani-Kərim #Azər Hüseynov #İslam və siyasət #Fəlsəfi dəyər sistemi #din və psixologiya #səmimiyyət #dini dəyərlər #insanı dəyərlər #Riyazus-Salihin #İslam və toplum #İslamda tərbiyə

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
11:52
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.