12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

Beynəlxalq mediada yayılan məlumatlara görə, Yaxın Şərqdə İsrailin artan hərbi fəaliyyəti fonunda İran, Türkiyə və Səudiyyə Ərəbistanını yeni təhlükəsizlik koalisiyasına cəlb etməyə çalışır. Xüsusilə İsrailin Qətərə hücumu və regiondakı gərginliyin artması fonunda Tehranın üçtərəfli əməkdaşlıq planını aktivləşdirdiyi bildirilir.

31 Oktyabr 2025 21:45
İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

BAKI,AzerVocie Analitik təhlil Mərkəzi

Beynəlxalq mediada yayılan məlumatlara görə, Yaxın Şərqdə İsrailin artan hərbi fəaliyyəti fonunda İran, Türkiyə və Səudiyyə Ərəbistanını yeni təhlükəsizlik koalisiyasına cəlb etməyə çalışır. Xüsusilə İsrailin Qətərə hücumu və regiondakı gərginliyin artması fonunda Tehranın üçtərəfli əməkdaşlıq planını aktivləşdirdiyi bildirilir.

The Jerusalem Post və Hindistan mediasında yer alan analitik yazılarda iddia olunur ki, İran ilk mərhələdə Türkiyəni bu blokun tərkibində görmək istəyir və Ankara ilə yaxınlaşma istiqamətində diqqətçəkən addımlar atır.

Tehrandan Ankaraya siyasi jestlər

İran hökuməti 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyəyə müxtəlif səviyyələrdə dostluq mesajları göndərib. İranın rəsmi xəbər agentliyi IRNA yazır ki, İran Xarici İşlər naziri Abbas Arakçi türk həmkarı Hakan Fidanı təbrik edərək, “iki müsəlman qonşu ölkə arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini” bildirib.

İran Prezidenti Məsud Pezeşkiyan da bu məsələyə münasibət bildirərək, hazırkı regional şəraitdə Tehran–Ankara münasibətlərinin güclənməsinin “hər zamankindən daha vacib” olduğunu vurğulayıb. Prezidentə görə, iqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə koordinasiya həm iki ölkə, həm də region üçün təhlükəsizlik və sabitlik gətirə bilər.

Hindistan mediası məsələyə daha açıq şəkildə toxunaraq yazır:

“İran, Türkiyə və Səudiyyə Ərəbistanını, İsrailin bölgədəki fəaliyyətini balanslaşdırmaq üçün birgə koalisiya yaratmağa çağırır. Əgər üç ölkə bir araya gələrsə, İsrailin regional üstünlüyü zəifləyə bilər.”

Analitiklərə görə, mümkün ittifaq bölgədə ciddi güc balansı yarada bilər.

Türkiyə 600 min aktiv, 300 min ehtiyat hərbiçi personala sahibdir. Həmçinin NATO üzvü olması Türkiyənin təhlükəsizliyini artırır. Türkiyə dəniz hərbi gücü olaraq 17 freqat, 13 sualtı qayığa sahibdir. 1000-dən çox hərbi təyyarəsi, 2 238 tankı var.

Səudiyyə Ərəbistanının 157 min aktiv, 150 min muzdlu hərbiçisi var. 1000-dən çox döyüş təyyarəsinə F-15E, Tornado IDS, Eurofighter Typhoon kimi qırıcılara sahibdir. 185-dən çox helikopteri var. Həmçinin yaxın zamanda Pakistanla nüvə təhlükəsizliyi üzrə razılaşmalar əldə edilib.

İran 580 min aktiv, 200 min ehtiyat hərbiçiyə sahibdir. Təxminən 3 000 ballistik raketi, “Şahed” PUA-ları var. Çin və Rusiya ilə hərbi əlaqələrə sahibdir.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Rəcəb Tayyib Ərdoğan #İran #Benyamin Netanyahu #Fələstin #Səudiyyə Ərəbistanı #Hakan Fidan #Məhəmməd bin Salman #HƏMAS #Hizbullah #Əl-Qəssam Briqadaları #Məsud Pezeşkian #Abbas Əraqçi #Suriya-Türkiyə-İsrail gərginliyi #İsrail təhlükəsi #İsrailin yaxın şərq siyasəti #İsrail İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23

Son Xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.