7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Arsenalın hədəfində türk əsilli ulduz – qiymət ən azı 80 milyon avro

Arsenal, İtaliya A Seriyasının yüksələn ulduzlarından Kənan Yıldızın transferi üçün hərəkətə keçib. İngiltərə klubu türk əsilli futbolçu ilə bağlı ilkin təmasları qurub, lakin Yuventus oyunçusunu satmaq fikrində deyil. İtaliya mətbuatının məlumatına görə, Arsenal rəhbərliyi 20 yaşlı hücumçunun menecerləri ilə əlaqə yaradıb.

24 Sentyabr 2025 14:32
Arsenalın hədəfində türk əsilli ulduz – qiymət ən azı 80 milyon avro

BAKI, AzerVoice, Fərid Mikayılov

Arsenal, İtaliya A Seriyasının yüksələn ulduzlarından Kənan Yıldızın transferi üçün hərəkətə keçib.

AzerVoice xəbər verir ki, İngiltərə klubu türk əsilli futbolçu ilə bağlı ilkin təmasları qurub, lakin Yuventus oyunçusunu satmaq fikrində deyil.

İtaliya mətbuatının məlumatına görə, Arsenal rəhbərliyi 20 yaşlı hücumçunun menecerləri ilə əlaqə yaradıb.

“Qoca sinyora” gənc futbolçunu 80–100 milyon avro aralığında qiymətləndirir.

Yıldızın hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Yuventus isə oyunçunu saxlamaq üçün ona yeni və daha sərfəli şərtlərlə müqavilə təklif etməyə hazırlaşır.

Gənc hücumçu ötən mövsüm “ağ-qara” formada 12 qol və 9 asistlə diqqət çəkmişdi. Cari mövsüm isə artıq 5 oyunda 2 qol və 4 asist göstəricisinə imza atıb. Həm hücumçu, həm də cinah oyunçusu kimi çıxış edə bilən Yıldız Türkiyə millisində də formalaşan əsas oyunçulardan sayılır.

Məqalədə: #Türkiyə #Türkiyə millisi #Yuventus #Arsenal #İngiltərə Premyer Liqası #İtaliya Birinci Futbol Liqası (A Seriyası) #Kənan Yıldız

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.