6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Rafinya Səudiyyə transferini niyə qəbul etmədi?

Barselonanın braziliyalı hücumçusu Rafinya, 2024-cü ilin yayında Səudiyyə Ərəbistanından aldığı yüksək məbləğli transfer təklifini qəbul etməyə çox yaxın olduğunu, lakin komandanın yeni baş məşqçisi Hansi Flikin zəngi sayəsində Barselonada qalmağa qərar verdiyini açıqlayıb.

15 Oktyabr 2025 12:39
Rafinya Səudiyyə transferini niyə qəbul etmədi?

BAKI,AzerVoice, Fərid Mikayılov

Barselonanın braziliyalı hücumçusu Rafinya, 2024-cü ilin yayında Səudiyyə Ərəbistanından aldığı yüksək məbləğli transfer təklifini qəbul etməyə çox yaxın olduğunu, lakin komandanın yeni baş məşqçisi Hansi Flikin zəngi sayəsində Barselonada qalmağa qərar verdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, 28 yaşlı futbolçu bildirib ki, 2024-cü ilin yayında aldığı Səudiyyə Ərəbistanı təklifi maddi baxımdan onun və ailəsinin həyatını tam dəyişdirəcək qədər böyük idi.

“Futbola 15 yaşımda başlamışam. Həm yaxşı, həm də çox çətin dövrlərim olub. Elə bir məqam yetişmişdi ki, düşündüm artıq özüm və ailəm barədə düşünməliyəm. Səudiyyə Ərəbistanından gələn təklif çox cazibəli idi. O, təkcə mənim deyil, valideynlərimin və oğlumun da həyatını dəyişdirə bilərdi. Biz getməyi ciddi şəkildə düşündük. Lakin Hansi Fliklə söhbətim hər şeyi dəyişdirdi”- deyə o bildirib.

Rafinya qeyd edib ki, Kopa Amerikadan sonra Barselonadan ayrılmaq qərarına yaxın olub, lakin Fliklə telefon danışığı və daha sonra keçirilən görüş onun düşüncəsini dəyişib.

2024-cü ilin aprelində yayılan xəbərlərə görə, Əl-Hilal braziliyalı ulduzu transfer etmək üçün 100 milyon avro təklif etmiş, həmçinin ona 4 illik, ümumilikdə 170 milyon avroluq müqavilə təklif etməyə hazır idi.

O dövrdə həm maliyyə, həm də idman baxımından çətinlik çəkən Barselona rəhbərliyi Rafinyanı satmağı planlaşdırırdı. Lakin Flikin etimadı və psixoloji dəstəyi futbolçunun qərarını dəyişdirdi.

Flikin rəhbərliyi altında Rafinya 2024–2025 mövsümündə karyerasının ən uğurlu dövrünü yaşadı.

O, bütün turnirlərdə 57 oyuna 34 qol və 26 assist qeydə aldı.

Rafinya 2025-ci ildə Barselona ilə 2028-ci ilə qədər yeni müqavilə imzalayıb. Cari mövsümdə o, artıq 6 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Braziliya #İspaniya La Liqası #Hansi Flik #Rafinya #Barselona #Əl-Hilal

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

10:45
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

5 Sentyabr 13:44

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.