5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib

28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin və Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həmin Mərkəzdə “Ümumdünya Türk Dili Ailəsi Günü” münasibətilə “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib.

29 Yanvar 2026 09:37
Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin və Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həmin Mərkəzdə “Ümumdünya Türk Dili Ailəsi Günü” münasibətilə “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib.

AzerVoice xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev mədəniyyətin ayrılmaz tərkib hissəsi olan və xalqlarımızı birləşdirən ortaq dil amilinin əhəmiyyətini vurğulayıb. O, çıxışında UNESCO Baş Konfransının 2025-ci ildə Özbəkistanın Səmərqənd şəhərində baş tutmuş 43-cü sessiyası zamanı 15 dekabr tarixinin “Ümumdünya Türk Dili Ailəsi Günü” kimi elan edilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bunun türk dilinin universal mədəni müxtəlifliyin ayrılmaz tərkib hissəsi kimi tanınması istiqamətində mühüm addım olduğunu bildirib. S.Fətəliyev türk dili ailəsinin qorunması, inkişafı və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən bu təşəbbüsün ilk günlərdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyi barədə məlumat verib. Səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “bizim ailəmiz türk dünyasıdır” tezisi həm mənsubiyyətin, həm məsuliyyətin bəyanıdır, bu yanaşma ortaq tarixə, ortaq mədəni yaddaşa və ortaq dəyərlərə söykənən birlik anlayışını önə çəkir. Sonda S.Fətəliyev vurğulayıb ki, türk dili ailəsinin zənginliyinin dünyaya tanıdılması üçün “elan olunmuş bir gün” kifayət deyil, bunun ardınca real və davamlı iş aparılmalı, dil diplomatiyası sistemləşdirilməlidir.

Konfransda çıxış edən Türkiyə səfiri Murat Səlim Esenli və Qazaxıstan səfiri Almurat Turqanbekov “Ümumdünya Türk Dili Ailəsi Günü”nün təsis edilməsinin ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yeni imkanlar yaratdığını, tarix və mədəniyyəti ilə bir olan türk dünyasının zənginlik və müxtəlifliyinin parlaq gələcəyə yol açdığını bildiriblər. Çıxışlarda həmçinin türk dilinin qorunması və təşviqi baxımından Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Daha sonra Yunus Əmrə İnstitutunda türk dili və mədəniyyəti üzrə mühazirələr oxuyan professor Mehmet Necati Kutlu öz çıxışında türklərin ilk yazılı mənbəyi kimi Orxon-Yenisey abidələri, onların 1893-cü ildə Danimarka alimi Vilhelm Tomsen tərəfindən oxunması, türk əlifbalarının inkişafı, türkdilli xalqlar və onların yayıldığı coğrafiya, türk dillərinin ortaq sözləri barədə məlumat verib.

Tədbir sual-cavab bölümü ilə davam etdirilib. Konfransda habelə Meksika Xarici İşlər Nazirliyinin, Parlamentinin, Meksikadakı diplomatik korpusun və Meksika Milli Muxtar Universitetinin (UNAM) təmsilçiləri iştirak edib.

Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib
Məqalədə: #Türkiyə #Azərbaycan #Qazaxıstan #Prezident İlham Əliyev #Meksika #UNESCO #Ümumdünya Türk Dili Ailəsi Günü #Murat Səlim Esenli #Almurat Turqanbekov #Mehmet Necati Kutlu

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.