6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və BƏƏ COP29-a hazırlıq çərçivəsində BEM üzrə layihələr həyata keçirir - "Euronews"

6 İyun 2024 10:30
Azərbaycan və BƏƏ COP29-a hazırlıq çərçivəsində BEM üzrə layihələr həyata keçirir - "Euronews"

Bakı. AzerVoice:

"Euronews" telekanalının saytında Bakı və Əbu-Dabi tərəfindən Azərbaycanda birgə həyata keçirilən ümumi gücü 1 QVt olan üç irimiqyaslı günəş və külək layihəsi haqqında məqalə dərc olunub.

AzerVoice-nin məlumatına görə, məqalədə qeyd olunub ki, Azərbaycan və BƏƏ Azərbaycanda gücü 1 QV olan üç böyük günəş və külək elektrik stansiyasının tikintisi ilə bağlı birgə qərar qəbul edib və bu elektrik stansiyalarının təməlqoyma mərasimi iyunun 4-də, Bakı Enerji Həftəsi çərçivəsində keçirilib.

Layihələrə Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt iki günəş elektrik stansiyası, Abşeron-Qaradağda isə 240 MVt gücündə külək elektrik stansiyası daxildir. Elektrik stansiyalarının ildə orta hesabla 2 mlrd. 3 025 mln. kVt-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da öz növbəsində ildə 496 milyon kubmetr təbii qaza qənaət etməyə və 943 min tondan çox karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək.

Materialda Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, "Masdar" şirkətinin sədri, COP28-in prezidenti Sultan Əhməd Əl Caberin açıqlamalarına da yer ayrılıb: "Biz Azərbaycanla bərpa olunan enerji potensialını əhəmiyyətli dərəcədə genişləndirilməsində tərəfdaş olmaqdan qürur duyuruq. Azərbaycanın enerjinin diversifikasiyasına, yeni sənaye sahələrinin stimullaşdırılmasına, yeni iş yerlərinin açılmsına və dayanıqlı iqtisadi artımına gedən yolunu dəstəkləyirik".

"Euronews" BƏƏ nazirinin sözlərinə istinadən qeyd edir ki, tərəflər 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmağı hədəfləyir:

Telekanal həmçinin qeyd edib ki, 37 ölkədən 300-dən çox şirkətin bir araya gəldiyi qlobal enerji təqviminin ən mühüm hadisələrindən biri olan Bakı Enerji Həftəsinin açılışında iqlim baxımından müsbət dayanıqlı inkişafın sürətlənməsinə imkan yaratmaq məqsədilə daha təmiz enerji həllərinə keçmək, süni intellekt sahəsindəki nailiyyətləri tətbiq etmək, eləcə də inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımı təşviq etmək çağırışları səsləndirilib.

Azərbaycan və BƏƏ COP29-a hazırlıq çərçivəsində BEM üzrə layihələr həyata keçirir - "Euronews"
Məqalədə: #Azərbaycan #BƏƏ #COP29

Mövzu üzrə digər xəbərlər

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

11:40
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb

5 Sentyabr 16:47
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib

5 Sentyabr 14:26

Son Xəbərlər

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.