7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib

Ölkəmizin milli dağ-mədən şirkəti “AzerGold” QSC-nin Azərbaycanın tarixi-mədəni irsini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələri ilk dəfə olaraq Berlin şəhərində keçirilən Ümumdünya Pul (Sikkə) Sərgisində nümayiş etdirilib. 3 günlük sərgi çərçivəsində təxminən 50 ölkədən milli zərbxanalar və mərkəzi banklar da daxil olmaqla 320-dən çox iştirakçı öz məhsul və xidmətlərini beynəlxalq ictimaiyyətə təqdim edib.

3 Fevral 2026 10:09
“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Ölkəmizin milli dağ-mədən şirkəti “AzerGold” QSC-nin Azərbaycanın tarixi-mədəni irsini və nadir fauna növlərini əks etdirən qızıl və gümüş sikkələri ilk dəfə olaraq Berlin şəhərində keçirilən Ümumdünya Pul (Sikkə) Sərgisində nümayiş etdirilib.

AzerVoice AzerGolda istinadən xəbər verir ki, 3 günlük sərgi çərçivəsində təxminən 50 ölkədən milli zərbxanalar və mərkəzi banklar da daxil olmaqla 320-dən çox iştirakçı öz məhsul və xidmətlərini beynəlxalq ictimaiyyətə təqdim edib.

Sərgi müddətində “AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş, “Smartminting” texnologiyası əsasında üçölçülü formatda hazırlanmış “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə, Azərbaycanın tarixi Zəfərinin 5-ci ildönümünə ithaf olunan “Zəfər” sikkəsi və “Qarabağ” kolleksiyasına aid qiymətli məhsullar, eləcə də ölkəmizin müasirliyini, tarixini, incəsənətini və qədim ənənələrini təbliğ edən digər sikkələr barədə ziyarətçilərə ətraflı məlumat verilib.

Azərbaycanın füsunkar təbiətini, nadir növlərin qorunması ideyasını və qabaqcıl istehsal texnologiyalarını özündə birləşdirən numizmatika layihəsi çərçivəsində hazırlanmış yeni nəsil gümüş sikkə kolleksiyası sərgi iştirakçılarının xüsusi diqqətini cəlb edib.

Eyni zamanda, sərgi çərçivəsində Avropa şirkətləri ilə potensial tərəfdaşlıq imkanlarının müzakirəsi məqsədilə bir sıra işgüzar görüşlər keçirilib.

Xatırladaq ki, qiymətlilərin istehsalı üzrə qlobal trendlərin yaxından izlənilməsi baxımından mühüm əhəmiyyət daşıyan Ümumdünya Pul Sərgisi ilk dəfə 1972-ci ildə İsveçrənin Bazel şəhərində “Beynəlxalq sikkə mübadiləsi sərgisi” adı altında fəaliyyətə başlayıb. 2006-cı ildən etibarən Almaniyanın Berlin şəhərində təşkil olunan bu beynəlxalq tədbir bu gün bütün qitələrdən kolleksiyaçıları, dilerləri, texniki mütəxəssisləri və zərbxanaları bir araya gətirən qlobal miqyaslı nüfuzlu platforma kimi tanınır.

“AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib “AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib “AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib “AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib “AzerGold” ölkəmizi ümumdünya pul sərgisində təmsil edib
Məqalədə: #Azərbaycan #Almaniya #Ümummilli Lider Heydər Əliyev #İsveçrə #Berlin #AzerGold #Ümumdünya Pul Sərgisi #Bazel

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

21:48
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

19:13
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

14:22

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.