5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

SOCAR ilə “Samsung E&A Co., Ltd.” arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyində təşkil edilmiş “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşdə birgə fəaliyyət perspektivləri müzakirə olunub, SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

25 Fevral 2026 15:53
SOCAR ilə “Samsung E&A Co., Ltd.” arasında Anlaşma Memorandumu imzalanıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

İqtisadiyyat Nazirliyində təşkil edilmiş “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşdə birgə fəaliyyət perspektivləri müzakirə olunub, SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

VOA xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub.

Tərəflər enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar.

Görüş çərçivəsində SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.

Sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.

Dünyanın ən böyük transmilli konqlomeratlarından olan “Samsung Group”un törəmə şirkəti “Samsung E&A Co., Ltd.” qlobal mühəndislik, satınalma və tikinti (EPC) podratçısıdır. Şirkət texniki-iqtisadi əsaslandırma (FS), detallı mühəndislik, satınalma, tikinti, istismaravermə (commissioning) və layihə idarəetməsi daxil olmaqla inteqrə olunmuş xidmətlər təqdim edir. “Samsung E&A Co., Ltd.” hidrokarbonlar və enerji infrastrukturu üzrə neft və qaz emalı zavodları, neftayırma və neft-kimya kompleksləri, qaz emalı və yardımçı infrastruktur obyektlərini layihələndirir və həyata keçirir. Şirkət Yaxın Şərq, Asiya və digər strateji enerji bazarlarında iri miqyaslı layihələrdə təcrübəyə malikdir.

SOCAR ilə “Samsung E&A Co., Ltd.” arasında Anlaşma Memorandumu imzalanıb SOCAR ilə “Samsung E&A Co., Ltd.” arasında Anlaşma Memorandumu imzalanıb SOCAR ilə “Samsung E&A Co., Ltd.” arasında Anlaşma Memorandumu imzalanıb SOCAR ilə “Samsung E&A Co., Ltd.” arasında Anlaşma Memorandumu imzalanıb
Məqalədə: #Azərbaycan #İqtisadiyyat Nazirliyi #Mikayıl Cabbarov #SOCAR #Samsung

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.