8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

FAO: Qlobal ərzaq qiymətləri enerji bahalaşması fonunda artmaqda davam edir

FAO-nun son hesabatına görə, qlobal ərzaq qiymətləri aprel ayında da artmaqda davam edib. Enerji bazarlarında bahalaşma və geosiyasi gərginliklər əsas təkanverici amillər kimi göstərilir, xüsusilə bitki yağları və ət məhsullarında kəskin qiymət artımı qeydə alınıb.

9 May 2026 14:35
FAO: Qlobal ərzaq qiymətləri enerji bahalaşması fonunda artmaqda davam edir

BAKI. VOA

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına əsasən, 2026-cı ilin aprel ayında qlobal ərzaq qiymətləri ardıcıl üçüncü ay yüksəlib. Hesabatda bu bahalaşmanın əsas səbəbləri kimi enerji qiymətlərinin yüksəlməsi və Yaxın Şərqdə davam edən gərginliyin qlobal tədarük zəncirinə təsiri göstərilir.

VOA xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi aprel ayında orta hesabla 130,7 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 faiz yüksək olub.

Hesabatda bildirilir ki, taxıl qiymətlərində nisbətən artım müşahidə olunub. Xüsusilə buğda qiymətləri ABŞ-ın bəzi bölgələrində quraqlıq riski və Avstraliyada yağıntıların azalacağı gözləntiləri səbəbindən yüksəlib. Analitiklər həmçinin enerji qiymətlərinin bahalaşması və Hörmüz boğazı ətrafındakı gərginlik fonunda gübrə xərclərinin artmasının fermerləri daha az gübrə tələb edən məhsullara yönəltdiyini, bunun isə gələn il buğda əkinlərinin azalması ilə bağlı narahatlıqları artırdığını qeyd edirlər.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, Hörmüz boğazı ətrafındakı böhranın yaratdığı çətinliklərə baxmayaraq, qlobal aqroərzaq sistemləri dayanıqlılıq nümayiş etdirir.

“Taxıl qiymətlərində hələlik cüzi artım müşahidə olunub. Buna əvvəlki mövsümlərdən qalan ehtiyatların və kifayət qədər təklifin mövcudluğu dəstək verir. Lakin bitki yağlarının qiymətləri daha sürətlə yüksəlir. Bunun əsas səbəbi xam neftin bahalaşması nəticəsində bioyanacaqlara tələbin artmasıdır ki, bu da bitki yağı bazarlarında əlavə gərginlik yaradır”, – deyə Torero vurğulayıb.

Bitki yağlarının qiymətləri aprel ayında 5,9 faiz artaraq 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. FAO bildirir ki, xam neft qiymətlərinin yüksəlməsi bioyanacaq istehsalına marağı artırıb və bu da palma, soya, günəbaxan və kolza yağlarının bazarında qiymət artımına səbəb olub.

Eyni zamanda, ət qiymətləri də aprel ayında rekord həddə yüksəlib. Bu artım əsasən mal əti və donuz əti qiymətlərinin bahalaşması ilə əlaqələndirilir. Süd məhsulları və şəkər qiymətləri isə əsas istehsalçı ölkələrdə təklifin yaxşılaşması fonunda geriləyib.

Daha əvvəl yayılan məlumatlarda Dünya Bankının 2026-cı ildə qlobal enerji qiymətlərinin 24 faiz, ümumi əmtəə qiymətlərinin isə təxminən 16 faiz arta biləcəyini proqnozlaşdırdığı qeyd olunub.

Məqalədə: #FAO #kənd təsərrüfatı #inflyasiya #Enerji qiymətləri #qida təhlükəsizliyi #Qlobal iqtisadi təsirlər

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

7 Sentyabr 07:20

Son Xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.