7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Microsoft for Startups Investor Network” proqramına qoşularaq yerli startapların beynəlxalq bazarlara çıxışı və qlobal texnologiya ekosisteminə inteqrasiyasını təmin edəcək. Proqram çərçivəsində startaplar “Azure” bulud kreditləri, süni intellekt xidmətləri, “GitHub Enterprise” və digər texnoloji imkanlardan istifadə edəcək. Aylıq qiymətləndirmə və mentorluq mexanizmləri startapların inkişaf mərhələsində texnoloji və biznes qərarlar qəbul etməsini asanlaşdıracaq. Son qeydiyyat tarixi 1 dekabr 2026-cı il olaraq müəyyən olunub.

29 İyun 2026 18:53
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub.

BAKI,VOA

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) “Microsoft” şirkəti ilə əməkdaşlığı çərçivəsində startaplar üçün mühüm beynəlxalq inkişaf və dəstək imkanı yaradılıb.

Belə ki, İRİA “Microsoft” şirkətinin “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub. Bu əməkdaşlıq yerli startapların qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, onların beynəlxalq bazarlara çıxışını, innovativ məhsullarının inkişafını və miqyaslanmasını dəstəkləyəcək.

Proqram çərçivəsində seçilmiş startaplar “Microsoft” tərəfindən təqdim olunan geniş texnoloji və biznes imkanlarından faydalana biləcəklər.

Buraya yüksək həcmli “Azure” bulud kreditləri, “Azure AI” infrastrukturu və süni intellekt xidmətlərinə çıxış, “GitHub Enterprise”, “LinkedIn” və “Visual Studio Enterprise” kimi məhsullardan istifadə imkanları, 24/7 texniki dəstək, eləcə də “Microsoft” mühəndisləri ilə birbaşa texniki konsultasiya sessiyaları daxildir. Eyni zamanda startaplar məhsullarının inkişafı və qlobal miqyasda böyüməsi üçün beynəlxalq innovasiya ekosisteminə çıxış əldə edəcəklər.

Əməkdaşlıq çərçivəsində “Microsoft” nümayəndələrinin iştirakı ilə aylıq qiymətləndirmə və mentorluq mexanizmləri də tətbiq olunacaq. Bu yanaşma startapların inkişaf mərhələlərində daha effektiv istiqamətləndirilməsinə, texnoloji və biznes baxımından düzgün qərarlar qəbul etməsinə şərait yaradacaq.

Bu imkanlarla proqram startapların məhsul inkişafı mərhələsində dəstəklənməsi, süni intellekt və bulud texnologiyalarının tətbiqini genişləndirməyi, investisiya cəlbetmə potensialına malik startapları gücləndirməyi və onların qlobal rəqabət qabiliyyətini artırmağı hədəfləyir.

Startapların proqramda iştirakı üçün İRİA tərəfindən xüsusi müraciət mexanizmi yaradılıb. Texnologiya əsaslı innovativ məhsul və xidmət inkişaf etdirən startaplar ilkin olaraq müraciət formasını dolduraraq qeydiyyatdan keçirlər. Bu mərhələdə uyğun hesab edilən startaplara İRİA tərəfindən dəvət (referral) kodu təqdim olunur. Kodu əldə edən startaplar daha sonra “Microsoft”un müraciət platformasına daxil olaraq proqram üçün rəsmi qeydiyyat prosesini tamamlayırlar. Son qeydiyyat tarixi 1 dekabr 2026-cı ildir.

Daxil olan müraciətlər İRİA və “Microsoft” nümayəndələri ilə birlikdə aylıq əsasda qiymətləndiriləcək. Seçimlər hər ayın sonunda müraciət edən startaplar arasından həyata keçiriləcək və il ərzində orta hesabla 40-50 startapın proqramın təqdim etdiyi kredit və dəstək imkanlarından faydalanması nəzərdə tutulur.

Qiymətləndirmə “Microsoft” tərəfindən müəyyən edilmiş uyğunluq meyarları əsasında aparılacaq. Bu zaman startapın investisiya cəlbetmə potensialı və ya artıq investisiya əldə etməsi, məhsulun bazar traksiyası və inkişaf mərhələsi, təqdim olunan həllin innovativ və texnologiya əsaslı olması, məhsulun miqyaslana bilməsi, eləcə də “Microsoft Azure” və digər texnoloji həllərdən istifadə potensialı əsas amillər kimi nəzərə alınacaq.

Məqalədə: #Süni intellekt #startap #texnologiya #investisiya #Azure #beynəlxalq proqram #inovasiya

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib

5 Sentyabr 19:32
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42

Son Xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.