7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Redaktorun seçimi
Redaktorun seçimi

Azərbaycan cəmiyyətini məhv edən stereotiplər

11 Mart 2025 10:00
Azərbaycan cəmiyyətini məhv edən stereotiplər

BAKI, AzerVoice, Səməd Əyyubov

Azərbaycan cəmiyyəti əsrlər boyu öz dəyərləri, adət-ənənələri və milli mentaliteti ilə formalaşmışdır. Lakin bəzi stereotiplər zaman keçdikcə bu mental dəyərləri zədələyərək cəmiyyətin inkişafına mane olur. Bu məqalədə məhz həmin stereotipləri və onların Azərbaycan mentalitetinə vurduğu zərəri sizə təqdim edirəm.

Qadınların Sosial Həyatda Məhdudlaşdırılması : "Qız yükdür" Bu stereotipin mətləbi odur ki, qadınlar yalnız ev işləri və ailə qayğıları ilə məşğul olmalıdır. Başqa da heç nə. Halbuki Azərbaycan tarixində qadınlar ictimai-siyasi arenada mühüm rol oynamış, və insan hüquqları uğrunda mübarizə aparmışdır. Misal üçün Tomiris Xatun (Əhəməni imperatoru ll Kiri öldürərək oğlunun qisasını almışdı və Azərbaycan torpaqlarında Əhəməni işğalına son qoymuşdu), Ziba Qəniyeva (Azərbaycanlı qadın snayper, Sovet ordusuna İkinci dünya müharibəsi zamanı böyük töhvə vermişdi), Xurşidbanu Natavan (bir çox kasıb ailələrin övladlarının oxumasına kömək edib, oxuma-yazma öyrənmələri üçün şərait yaradıb).
Lakin hələ də bəzi ailələrdə qız uşaqları sosial həyatda və gələcək karyeralarının inkişafında məhdudlaşdırılır. Onlara təhsil almaq, karyera qurmaq üçün imkanlar verilmir. Bu isə cəmiyyətin ümumi inkişafını ləngidir. Qadınlar öz istədiyi peşədə işləyə bilmir, ali təhsil ala bilmir.

Şəxsi Seçimlərin Məhdudlaşdırılması: “Evlənmək məcburiyyətdir” Cəmiyyətdə müəyyən yaş həddinə çatan insanlardan mütləq şəkildə ailə qurması gözlənilir. Subay şəxslərə qarşı təzyiqlər artır, onların fərdi seçimləri nəzərə alınmır. Halbuki hər kəsin həyatını necə qurmaq istəməsi onun şəxsi qərarıdır və evlilik xoşbəxtliyin yeganə yolu deyil. Hətta bəzi ailələrdə yetkinlik yaşına çatmayanları da məcbur evləndirirlər, bu isə birinci stereotipin nəticələrini analoji olaraq göstərir – həmin o insanlar təhsil almaq yerinə zorla evləndirilirlər, nəticədə nə ali təhsil var nə də ki gələcək planlar.

Emosional Bastırılma və Toksik Maskulinlik: "Kişi ağlamaz" Cəmiyyətdə kişilərin duyğularını ifadə etməsi zəiflik kimi qiymətləndirilir. "Kişi ağlamaz", "kişi dözməlidir" kimi fikirlər onların psixoloji problemlərini içlərində saxlamalarına səbəb olur. Nəticədə, depressiya, ailədaxili problemlər və aqressiya artır. Halbuki sağlam cəmiyyət üçün həm qadınların, həm də kişilərin emosional azadlığına ehtiyacı var.

Peşə təhsilinin rədd edilməsi: "Ali təhsil mütləqdir, diplomun olmalıdır!" Cəmiyyətdə elə bir düşüncə formalaşıb ki, yalnız ali təhsil uğurlu karyeranın açarıdır. Halbuki peşə təhsili və bacarıq, əsaslı inkişaf müasir dövrdə daha çox əhəmiyyət kəsb edir. Gənclərin məcburi şəkildə universitetə yönləndirilməsi onların real maraqlarına və potensialına uyğun olmayan sahələrdə çalışmasına səbəb olur. Tutaq ki, hamı alim oldu oxudu, bəs sonra? Qalan işlərdə, sənət işlərində, hansı ki peşə təhsili lazımdır, kim məşqul olacaq? Onu bilməliyik ki, heç kəsi ali təhsil üçün məcbur etmək düzgün deyil. Bəzi insanlar var ki, onların özünəməxsus bacarıqları var. Onlar o bacarıqları inkişaf etdirərək gələcək karyerasını inşa edə və onu formalaşdıra bilər. Amma o insanlar öz ailələrin qoyduğu "Ali təhsil qanunu" üzrə hərəkət edirlər və bu, onların bacarıqlarının kölgədə qalmasına səbəb olur.

Və ən əsası..

Cəmiyyətin Qeyri-Rəsmi Basqısı: “Camaat nə deyər?” Azərbaycan cəmiyyətində insanların öz həyatlarını sərbəst şəkildə idarə etməsinə ən böyük maneələrdən biri "aəə görən bu camaat nə deyər?" stereotipidir. Bu düşüncə insanları başqalarının fikirlərinə həddən artıq önəm verməyə vadar edir. Məhz bu səbəbdən gənclər öz arzularına uyğun seçimlər edə bilmir, çoxları sevmədiyi işdə işləməyə və ya istəmədiyi ailə həyatını qurmağa məcbur qalır. Bunu qeyd edin ki, siz heç bir insanın fikrindən aslı olmamalısınız, əks halda siz sadəcə özünüz üçün bir həbsxana yaradırsınız, bu həbsxananın gözətçisi isə, camaatın fikridir.

Azərbaycan mentalitetini zəiflədən bu kimi stereotiplər cəmiyyətin inkişafına mane olur, fərdlərin potensialını məhdudlaşdırır və insanları öz həyatlarını sərbəst yaşamaqdan məhrum edir. Bu düşüncələrin dəyişməsi üçün təhsil, media və sosial müzakirələr vasitəsilə maarifləndirmə aparılmalıdır. Mentalitetin əsas dəyərləri – dürüstlük, qonaqpərvərlik, ailə bağları qorunmaqla yanaşı, insan hüquqları və şəxsi seçim azadlığı da ön planda saxlanmalıdır

Məqalədə: #Səməd Əyyubov

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

6 Sentyabr 19:02
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.