8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Misir
Misir

Misir Qlobal Qəzza Yürüşündə iştirak edən fəalları saxlayıb

Misir “Qlobal Qəzza Yürüşü”nə qatılmaq istəyən fəalları saxlayıb.

12 İyun 2025 16:05
Misir Qlobal Qəzza Yürüşündə iştirak edən fəalları saxlayıb

BAKI, AzerVoice

Misir “Qlobal Qəzza Yürüşü”nə qatılmaq istəyən fəalları saxlayıb.

AzerVoice xəbər verir ki, Qəzzada davam edən humanitar fəlakətə diqqət çəkmək məqsədi ilə keçiriləcək “Qlobal Qəzza Yürüşü”nə qatılmaq üçün Misirə gələn bir sıra beynəlxalq fəalların saxlanıldığı bildirilib.

Fəallar Rəfah sərhəd keçid məntəqəsində Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün toplanmağı planlaşdırırdılar.

Beynəlxalq Koordinasiya Komitəsi məsələ ilə bağlı yaydığı açıqlamada Misirdən saxlanılan fəalların azad edilməsini və yürüş iştirakçılarının ölkəyə girişinə icazə verilməsini tələb edib. Əlcəzair, Tunis, Almaniya, Mərakeş, Avstraliya, Fransa və Türkiyə kimi ölkələrdən gəlmiş fəalların Qahirədə nəzarətə alındığı bildirilir.

Qurum Misir Xarici İşlər Nazirliyinin əvvəlki humanitar mövqelərini xatırladaraq bu dinc təşəbbüsə dəstək verməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, yürüş üçün Misirin səfirlikləri və dövlət qurumları ilə iki ay öncədən koordinasiya aparılıb və diplomatik kanallarla bütün prosedurlar tamamlanıb.

Eyni zamanda Tunis, Əlcəzair, Mərakeş və Mavritaniyadan ibarət 2000 nəfərlik “Məğrib Müqavimət Karvanı”nın Liviyaya çatdığı, dünyanın müxtəlif bölgələrindən olan fəalların isə artıq Qahirəyə toplaşmağa başladığı qeyd olunub. İştirakçılar iyunun 12-də Qahirədə bir araya gəlməyi, iyunun 15-də isə Rəfah sərhədinə çatmağı planlaşdırırlar.

Məqalədə: #Fələstin #Qəzza zolağı #Misir #Etiraz aksiyası #Humanitar yardım təşəbbüsləri #Fələstin tərəfdarı etirazlar #Fələstin dəstək aksiyaları #Qəzzadakı humanitar vəziyyətə diqqət

Mövzu üzrə digər xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın

7 Sentyabr 14:52
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.