6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Nədir Nə, necə, niyə? Elmi ensiklopediya
Nə, necə, niyə? Elmi ensiklopediya

Həşişilik nədir?

Orta əsrlərdə ismaililiyin, xüsusən Suriyada fəaliyyət göstərən radikal qoluna verilən addır. İsmailiyyə məzhəbinin nizariyyə qoluna mənsub olan bu qrup XI əsrdə İranda Həsən Səbbah tərəfindən qurulmuşdu. Daha sonrakı dövrdə bu qrup Suriya ərazisində də bir çox qalanı zəbt etmiş və kiçik dövlətlər qurmağa müvəffəq olmuşdur.

21 Sentyabr 2025 12:53
Həşişilik nədir?

BAKI,AzerVoice

Orta əsrlərdə ismaililiyin, xüsusən Suriyada fəaliyyət göstərən radikal qoluna verilən addır. İsmailiyyə məzhəbinin nizariyyə qoluna mənsub olan bu qrup XI əsrdə İranda Həsən Səbbah tərəfindən qurulmuşdu. Daha sonrakı dövrdə bu qrup Suriya ərazisində də bir çox qalanı zəbt etmiş və kiçik dövlətlər qurmağa müvəffəq olmuşdur.

Mənbələrdə “əd-dəvət əl-cədidə” – “yeni dəvət” adı ilə qeyd olunan bu hərəkatın nümayəndələrinin bir çoxu narkotik maddə olan həşişdən istifadə etdikləri üçün xüsusən Suriyada müxalifləri onlara “həşişilər” və ya “həşşaşilər” deyirdilər. Öz əqidələrini bölüşməyənlərə qarşı barışmaz mövqedən çıxış etmələri, yeri gələrsə, hətta suiqəsddən də istifadə etmələri həşşaşilərin başlıca xüsusiyyəti olmuşdur. Başda səlcuqilərin məşhur vəziri Nizamülmülk, Hims əmiri Cənabüddövlə, Mosul əmiri Mövdud, Səlcuqi sultanı Məhəmməd Taparın məşhur əmirlərindən Ağsunqur əl-Porsuqi, Atabəy Tuğtəkinin oğlu Böri, səlibçilərin Qüds kralı Konrad Monferrat (Conrad de Montferrat) olmaqla, bir çox məşhur şəxs həşşaşilərin suiqəsdləri nəticəsində öldürülmüşdür.

Səlahəddin Əyyubi belə, onların suiqəsdindən çətinliklə xilas olmuşdu. Bir çox tarixçiyə görə, İslam dün- yasında intiharçı suiqəsdçiliyin tarixi həşşaşilərlə başlanır. “Həşşaşi” termini Orta əsrlərdə Avropada da “qəddar suiqəsdçi” mənasında istifadə olunmuş dur. Bu gün ingilis dilində “suiqəsdçi, qatil” mənalarında istifadə olunan “assassin” termini də məhz “həşşaşin” kəlməsindən götürülmüşdür.

Məqalədə: #Səlahəddin Əyyubi kimdir? #Suriya #Həşişilik nədir? #Salahəddin Əyyubi #Azərbaycan İslam ensiklopediyası #Fatimilər və Əyyubilərin keçidi #Səlahəddin dəhlizi İsrailin nəzarətində #Həsən Səbbah #həşşaşilər #Nizamülmülk #Conrad de Montferrat #Həşşaşi

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.