İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Fatimilər 909–1171-ci illər arasında Şimali Afrikada, Misirdə və Suriyada hökm sürmüş şiə dövləti idi. Dövlətin adı Həzrət Məhəmmədin qızı xanım Fatimənin adından gəlir. Sülalənin nümayəndələri özlərini Həzrət Əlinin və xanım Fatimənin soyundan hesab edirdilər. Lakin bu iddia tarix boyu alimlər arasında ciddi mübahisələrə səbəb olmuşdur.
Həşişilik nədir?
Orta əsrlərdə ismaililiyin, xüsusən Suriyada fəaliyyət göstərən radikal qoluna verilən addır. İsmailiyyə məzhəbinin nizariyyə qoluna mənsub olan bu qrup XI əsrdə İranda Həsən Səbbah tərəfindən qurulmuşdu. Daha sonrakı dövrdə bu qrup Suriya ərazisində də bir çox qalanı zəbt etmiş və kiçik dövlətlər qurmağa müvəffəq olmuşdur.