8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

Energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin təşkilatçılığı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində iştirak edib. Nazir müavini Sammit çərçivəsində “Dekarbonizasiya üçün konkret addımlar” adlı panel sessiyada çıxış edib.

14 Yanvar 2026 17:04
Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

BAKI, AzerVoice

Energetika nazirinin müavini Elnur Soltanov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin təşkilatçılığı ilə keçirilən Əbu-Dabi Dayanıqlılıq Sammitində iştirak edib. Nazir müavini Sammit çərçivəsində “Dekarbonizasiya üçün konkret addımlar” adlı panel sessiyada çıxış edib.

Bu barədə AzerVoice-a Energetika Nazirliyi məlumat verib.

Elnur Soltanov dekarbonizasiya prosesində COP29-un roluna, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə və Avropa İttifaqının (Aİ) karbon tutumlu məhsulların idxalına tətbiq etdiyi Sərhəddə Karbon Tənzimləmə Mexanizminə (CBAM) dair fikirlərini bölüşüb. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədalətli enerji keçidinin təmin edilməsi və dekarbonizasiya tədbirlərinin inkişafı məhdudlaşdırmaması ilə bağlı mövqeyinə istinad edərək vurğulayıb ki, bu sahədə məcburetmə yanaşmasından deyil, daha çox təşviqedici mexanizmlərin gücləndirilməsindən istifadə olunması məqsədəuyğundur. Elnur Soltanov Azərbaycanın karbon vergisinə yanaşmasının dekarbonizasiya üzrə tədbirlərin və bu istiqamətdə çəkilən xərclərin sərhəddə deyil, ölkə daxilində həyata keçirilməsinə, yaradılan əlavə dəyərin isə birbaşa milli iqtisadiyyata töhfə verməsinə əsaslandığını diqqətə çatdırıb.

Qeyd edək ki, hökumət, biznes, maliyyə və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi (ADSW) BƏƏ-nin dayanıqlı inkişafı sürətləndirmək üçün qlobal platformasıdır.

Məqalədə: #Azərbaycan #BƏƏ #Prezident İlham Əliyev #Avropa İttifaqı (Aİ) #COP29 #Energetika Nazirliyi #Masdar #Əbu-Dabi #Əbu-Dabi Dayanıqlılıq Sammiti #CBAM #Əbu-Dabi Dayanıqlılıq Həftəsi (ADSW)

Mövzu üzrə digər xəbərlər

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraq

İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb

5 Sentyabr 15:52
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
Neft və qaz

Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

3 Sentyabr 16:37
Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib
Neft və qaz

Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

3 Sentyabr 13:19
Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Energetika

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

3 Sentyabr 12:09

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.