8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Osman Qazi və Orxan Qazinin ilk qalibiyyətləri: Sakaryadan Qara Tiginə

Erkən Osmanlı tarixinin xronologiyası olduqca mürəkkəbdir. Lakin Osmanlı tarixşünaslığının ən görkəmli simalarından biri sayılan Halil İnalcığın araşdırmaları Osman Qazinin hərbi fəaliyyətini daha aydın şəkildə ortaya qoyur. Bafey və Dimbos qələbələrindən sonra Osman Qazi 1304-cü ildə Sakarya çayı üzərində yerləşən Bizans qalalarına qarşı hərbi yürüş təşkil etdi. Bu səfərdən öncə Karacahisara dəvət olunan Harmankaya təkvuru Köse Mihal İslama çağırıldı.

27 Yanvar 2026 13:38
Osman Qazi və Orxan Qazinin ilk qalibiyyətləri: Sakaryadan Qara Tiginə

BAKI, AzerVoice

Erkən Osmanlı tarixinin xronologiyası olduqca mürəkkəbdir. Lakin Osmanlı tarixşünaslığının ən görkəmli simalarından biri sayılan Halil İnalcığın araşdırmaları Osman Qazinin hərbi fəaliyyətini daha aydın şəkildə ortaya qoyur. Bafey və Dimbos qələbələrindən sonra Osman Qazi 1304-cü ildə Sakarya çayı üzərində yerləşən Bizans qalalarına qarşı hərbi yürüş təşkil etdi. Bu səfərdən öncə Karacahisara dəvət olunan Harmankaya təkvuru Köse Mihal İslama çağırıldı.

Yürüş zamanı Leblebici Hisarı, Çadırlı, Lefke (indiki Osmaneli) və Mekece təkvurları müqavimət göstərə bilməyəcəklərini anlayaraq itaət etdilər. Geyve təkvuru isə qalasını boşaldaraq qaçdı və Geyvedən sonra “Təkvur bulağı” adlanan ərazi fəth edildi.

Osman Qazinin 1304-cü il yürüşü davam edərkən Çovdar tatarları, yəni monqollar Qaracahisarı qarət etdilər. Bunun ardınca Osman Qazi Karacahisarda qalaraq oğlu Orxan bəyi Köse Mihal, Akçakoca, Konur Alp və Qazi Rəhmanla birlikdə 1305-ci ildə Qara Çepuş və Qara Tigin qalalarının fəthi üçün göndərdi.

Bu hadisədən xəbər tutan Bizans imperatoru da bölgəyə yardım qüvvələri yolladı. Orxan Qazi Qara Çepuş qalasına çatdıqda ordusunu üç hissəyə böldü: bir dəstə ilə qalanı mühasirəyə aldı, bir hissəni qala yaxınlığındakı qayalıqda gizlətdi, digər hissəni isə qalanın arxa tərəfinə keçirdi.

Tətbiq edilən hərbi taktika nəticəsində Osmanlı qüvvələri qalaya hücum edib geri çəkilmə manevri etdilər. Bunun ardınca qaladan çıxan təkvur qüvvələri pusquya düşərək məğlub edildi və qala fəth olundu.

Qara Çepuş qalasının alınmasından sonra Orxan Qazinin qüvvələri Absu ərazisini fəth edərək Qara Tigin qalasına yönəldilər. Qara Tigin təkvurunun təslim olmaqdan imtina etməsi nəticəsində qala mühasirəyə alındı və döyüş yolu ilə ələ keçirildi.

Fəth edilən qalalar isə Osmanlı sərkərdələrinin idarəsinə verildi.

Məqalədə: #Osmanlı dövləti tarixi #Osman Qazinin Sakarya yürüşü: Erkən Osmanlı fəthlərinin hərbi anatomiyası #1304–1305-ci illər: Osmanlıların Bizans qalalarına qarşı strateji hücumları. #Osman Qazi və Orxan Qazinin ilk qalibiyyətləri: Sakaryadan Qara Tiginə #Erkən Osmanlı dövründə hərbi taktika: Qara Çepuş qalasının fəthi #Halil İnalcığın işığında Osman Qazinin Bizansla mübarizəsi #Sakarya xəttində Osmanlı irəliləyişi: qalalar #təkvurlar və təslimiyyət #Orxan Qazinin ilk sərkərdəlik sınağı: pusqu və manevr taktikası #Monqol basqınları fonunda Osmanlıların Qərbi Anadoludakı yüksəlişi #Osmanlı dövlətinin təməl fəthləri: Karacahisardan Geyvəyə #Bizans qalalarının süqutu: Osmanlı hərbi strategiyasının formalaşması

Mövzu üzrə digər xəbərlər

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri

6 Sentyabr 08:39
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Hərb tarixi: Döyüş xronikası

Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?

5 Sentyabr 14:06
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

4 Sentyabr 16:17
Tarixdə bu gün — 1 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün — 1 Sentyabr

1 Sentyabr 00:01

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.