11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Konstantinopola niyə İstanbul adı verildi?

İstanbul, qədim dövrlərdən bəri bir çox müxtəlif adlarla anılmışdır. Yenikapıdakı qalıqlar şəhərin tarixinin təxminən 8500 il əvvələ gedib çıxdığını və üç böyük imperiyaya paytaxtlıq etdiyini göstərir. İstanbulun ilk adı, e.ə. 667-ci ildə Megaradan gələn yunanlıların kral Byzasın şərəfinə verdikləri “Bizantion” (Byzantion) olmuşdur.

5 Noyabr 2024 15:00
Konstantinopola niyə İstanbul adı verildi?

Bakı, AzerVoice

İstanbul, qədim dövrlərdən bəri bir çox müxtəlif adlarla anılmışdır. Yenikapıdakı qalıqlar şəhərin tarixinin təxminən 8500 il əvvələ gedib çıxdığını və üç böyük imperiyaya paytaxtlıq etdiyini göstərir. İstanbulun ilk adı, e.ə. 667-ci ildə Megaradan gələn yunanlıların kral Byzasın şərəfinə verdikləri “Bizantion” (Byzantion) olmuşdur.

330-cu ildə Roma İmperiyasının paytaxtı elan edildikdə şəhərə “Yeni Roma” mənasını verən “Nova Roma” adı verilmişdi, lakin bu ad geniş yayılmadı. 337-ci ildə Roma imperatoru I Konstantinin ölümündən sonra geniş abadlıq işləri gördüyü üçün şəhərin adı onun şərəfinə “Konstantinopol” (Konstantinin şəhəri) olaraq dəyişdirildi və bu ad Bizans İmperiyası dövründə rəsmi olaraq qəbul edildi.
1453-cü ildə Osmanlı İmperiyası şəhəri fəth etdi. Şəhər fəth edildikdən sonra “Konstantiniyyə” (Konstantinopolun ərəb dilində səsləndirilməsi), “Stanpolis”, “Dərsəadət” (xoşbəxtlik şəhəri), “Asitanə” (böyük məkan, müqəddəs məbəd), “Darülhilafə” (xilafətin evi) və “Makarrı Səltənət” (səltənətin yeri) olaraq adlandırıldı.

Osmanlı dövründə bəziləri rəsmi, bəziləri xalq arasında geniş istifadə olunan bir çox adlar vardı. Sultan III Mustafa xüsusi olaraq “İslamın bol olduğu şəhər” mənasına gələn “İslambol” adını istifadə edirdi. Buna baxmayaraq, Osmanlıda ən çox istifadə edilən rəsmi ad “Konstantiniyyə” idi, həmçinin xalq arasında “Dərsəadət” və “Asitanə” adları da populyar idi.

1923-cü ildə Cümhuriyyətin qurulması ilə şəhərin rəsmi adı “İstanbul” olaraq qəbul edildi.

"İstanbul" adının kökü yunanca “stin Polis” ifadəsindən gəldiyini və bunun "şəhərə doğru" mənasını verdiyini bildirilir.

Osmanlı dövründə “şəhər” deyildikdə, hər kəsin ağlına yalnız qala divarlarının içindəki İstanbul gəlirdi.

“İstanbula gedəcəyəm” deyiləndə qala divarlarının içindəki məkan nəzərdə tutulurdu.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.