8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Məşqə uyğun qidalanma: İdmandan əvvəl, yoxsa sonra yemək lazımdır?

16 Mart 2025 13:00
Məşqə uyğun qidalanma: İdmandan əvvəl, yoxsa sonra yemək lazımdır?

BAKI,AzerVoice

Toronto şəhərində fəaliyyət göstərən diyetoloq Abby Langer bildirir ki, ac qarına məşq etməyin performansı artırdığı və ya daha çox kalori yandırdığı iddiaları geniş yayılmış yanlış düşüncədir.

"Aparılan araşdırmalar göstərir ki, nəticə baxımından heç bir ciddi fərq yaranmır",- deyə Abby Langer bildirib.

Məşqdən əvvəl, məşqdən sonra və hətta məşq zamanı nə vaxt və necə qidalanmalı olduğunuza ümumi bir nəzər yetirək, unutmayın ki, mütəxəssislər nə vaxt yediyinizdən daha çox nə yediyinizin vacib olduğuna diqqət çəkirlər.

Qidaların tərkibindəki kalorilər sözün həqiqi mənasında enerjidir, buna görə də vücudunuzun düzgün məşq etməsi üçün enerjiyə ehtiyacı var. Amma məşqdən dərhal əvvəl çox yemək problemlərə səbəb ola bilər.

Langer qeyd edir ki, məşq zamanı qan axını mədə daxil olmaqla digər orqanlardan əzələlərə doğru yönəlir. Bu səbəbdən, tox qarına məşq etmək həzm prosesinə təsir edərək mədə spazmlarına, hətta özünüzü pis hiss etməyinizə səbəb ola bilər.

Bu vəziyyət xüsusilə yağ, protein və liflə zəngin yeməklərə aiddir, çünki onların həzmi karbohidratlardan daha uzun çəkir. Langer məşqdən əvvəl yüksək karbohidratlı qidalar qəbul etməyi və məşqdən əvvəl ən az iki-üç saat gözləməyi tövsiyə edir.

Əgər səhər tezdən və ya şam yeməyindən öncə məşq edirsinizsə, məşqdən öncə banan və fıstıq əzməsi və ya meyvəli qatıq kimi karbohidratla zəngin bir qəlyanaltı yeyə bilərsiniz.

Bu, məşq zamanı performansınızı artıracaq və məşqdən sonra da tam yeməklə enerji ehtiyacınızı ödəməyinizə şərait yaradacaq.

Amerikalı fizioloq Krista Austin qeyd edir ki, steyk kimi yüksək proteinli qidaların məşqdən sonra qəbul edilməsi daha faydalıdır, çünki həmin vaxt protein daha asan həzm olunur.

Əgər məşqdən sonra yemək yeməyinizə hələ bir saat və ya daha çox zaman varsa, bu müddətdə aclığınızı yatırtmaq üçün yüksək proteinli atıştırmalıq qəbul etmək daha yaxşı olacaq.

Bunun əsas səbəbi əzələlərin bərpası və ya qida maddələrinin mənimsənilməsi ilə əlaqəli deyil. Əksinə, çox ac olan insanlar adətən daha qeyri-sağlam yemək seçimləri edə bilirlər.

Langer, məşqdən sonra dərhal protein kokteyli içmək məcburiyyətində olduğunuz barədə də başqa bir əfsanəni qeyd edir.

Bir çox idman həvəskarı, məşqdən sonra təxminən bir saatlıq "anabolik pəncərə" deyilən dövrün əzələlərin bərpası üçün ən vacib olduğunu iddia edir.

Langer isə qeyd edir ki, orta statistik insanlar üçün bu müddət daha uzun bir dövrü əhatə edir. Yəni, hər yeməkdə müəyyən miqdarda protein qəbul etmək bu qısa zaman pəncərəsinə diqqət etməkdən daha vacibdir.

Vücudun əzələlərin bərpası və qorunması üçün davamlı olaraq amin turşularına (proteinlərə) ehtiyacı olduğunu deyən Langer qeyd edir ki, hər yeməkdə təxminən 25-30 qram protein qəbul etmək kifayətdir.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricə ötürülən iş yerlərini ölkəyə qaytarmağı planlaşdırır
Səudiyyə Ərəbistanı xaricə ötürülən iş yerlərini ölkəyə qaytarmağı planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.