9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Çinli həkimlər xəstəyə peyk vasitəsilə uzaqdan cərrahiyyə əməliyyatı edib

Çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi tibbi heyət Lhasadan, təxminən 5000 kilometr məsafədə yerləşən Pekindəki iki xəstə üzərində peyk texnologiyası və robot cərrahiyyəsi vasitəsilə uğurlu əməliyyatlar aparıb.

6 İyul 2025 17:00
Çinli həkimlər xəstəyə peyk vasitəsilə uzaqdan cərrahiyyə əməliyyatı edib

BAKI, AzerVoice

Çinli həkimlər 5000 kilometr məsafədən peyk vasitəsilə uğurlu cərrahiyyə əməliyyatı həyata keçiriblər.

AzerVoice xəbər verir ki, Çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi tibbi heyət Lhasadan, təxminən 5000 kilometr məsafədə yerləşən Pekindəki iki xəstə üzərində peyk texnologiyası və robot cərrahiyyəsi vasitəsilə uğurlu əməliyyatlar aparıb.

Ənənəvi 5G texnologiyasında məsafəyə görə gecikmələr olsa da, bu əməliyyatlarda “Apstar-6D” adlı yüksək texnologiyalı peyk sistemindən istifadə edilməklə məlumat axını fasiləsiz və gecikməsiz təmin edilib. Həkimlər tərəfindən qaraciyər xərçəngi və hemangioma diaqnozu qoyulan iki xəstəyə aparılan müdaxilə ümumilikdə 124 dəqiqə davam edib.

Əməliyyatlar yüksək dəqiqliklə və problemsiz şəkildə tamamlanıb. Açıqlamada qeyd olunub ki, xəstələrdə ciddi fəsadlar müşahidə olunmayıb və hər iki şəxs əməliyyatdan cəmi 24 saat sonra evə buraxılıb.

Qeyd edək ki, bu əməliyyat tibb sahəsində uzaq məsafədən robot dəstəyi ilə cərrahiyyənin texnoloji inkişafında əlamətdar addım sayılır və gələcəkdə geniş tətbiq imkanlarını önə çıxarır.

Məqalədə: #Çin #tibbi inqilab #Tibbi Xidmətlər #Robot texnologiyası #tibbi prosedurlar #telecərrahiyyə #səhiyyədə innovasiya

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
Yəmən husi terrorçularından təmizlənir
Yəmən husi terrorçularından təmizlənir
07:32
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
Məhəmməd bin Salman kral ailəsini və nazirləri bir araya toplayıb
07:24
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.