8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Çin “dünyanın ən böyük maşını” layihəsindən niyə imtina etdi?

Çinin dünyanın ən böyük hissəcik sürətləndiricisi kimi planlaşdırılan Dairəvi Elektron–Pozitron Toqquşdurucusu (CEPC) layihəsini dayandırmasının əsas səbəbləri açıqlanıb. təxminən 100 kilometr uzunluğunda nəzərdə tutulan CEPC layihəsi 27 kilometrlik çevrəyə malik CERN-dəki Böyük Hadron Toqquşdurucusundan xeyli böyük olmalı idi və elm tarixinin ən iri texnoloji qurğularından biri kimi qiymətləndirilirdi.

1 Fevral 2026 12:00
Çin “dünyanın ən böyük maşını” layihəsindən niyə imtina etdi?
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Çinin dünyanın ən böyük hissəcik sürətləndiricisi kimi planlaşdırılan Dairəvi Elektron–Pozitron Toqquşdurucusu (CEPC) layihəsini dayandırmasının əsas səbəbləri açıqlanıb.

AzerVoice xəbər verir ki, təxminən 100 kilometr uzunluğunda nəzərdə tutulan CEPC layihəsi 27 kilometrlik çevrəyə malik CERN-dəki Böyük Hadron Toqquşdurucusundan xeyli böyük olmalı idi və elm tarixinin ən iri texnoloji qurğularından biri kimi qiymətləndirilirdi.

Qeyd edək ki, Böyük Hadron Toqquşdurucusu hazırda dünyanın ən böyük maşını hesab olunur və kainatın Böyük Partlayışdan dərhal sonrakı mərhələsinin öyrənilməsində mühüm rol oynayır.

Layihə niyə dayandırıldı?

CEPC üzərində işlərə 2012-ci ildə başlanmışdı. Lakin BGR nəşrinin məlumatına görə, milyardlarla dollar tələb edən bu layihə Çinin 2026–2030-cu illəri əhatə edən yeni beşillik inkişaf planına daxil edilməyib. Bu isə layihənin dövlət səviyyəsində prioritetliyinin azalması və maliyyələşmənin məhdudlaşdırılması deməkdir.

Çin Yüksək Enerji Fizikası İnstitutunun direktoru Vanq İfan plan dəyişikliyini təsdiqləyərək bildirib ki, CEPC-nin son təqdimatı qəbul olunmasa da, layihənin 2030-cu ildə yenidən gündəmə gətirilməsi nəzərdə tutulur.

Yüksək xərclər əsas faktor olub

Rəsmi olaraq açıqlanmasa da, CEPC layihəsinin təxmini dəyərinin 5,1 milyard ABŞ dolları olduğu bildirilir. Ekspertlərin fikrincə, Çin bu həcmdə maliyyə resursunu digər prioritet sahələrə yönəltməyi daha məqsədəuyğun hesab edib.

Vanq İfanın sözlərinə görə, əgər Avropada planlaşdırılan Gələcək Dairəvi Toqquşdurucu (FCC) layihəsi 2030-cu ildən əvvəl təsdiqlənsə, Çinli alimlərin həmin beynəlxalq layihəyə qoşulması istisna edilmir. FCC, CERN-dəki Böyük Hadron Toqquşdurucusunun varisi kimi planlaşdırılır və 90,7 kilometrlik çevrəsi ilə indiyədək nəzərdə tutulan ən iri toqquşduruculardan biri olacaq.

Hissəcik sürətləndiriciləri nə üçün istifadə olunur?

Hissəcik sürətləndiriciləri və toqquşdurucular Böyük Partlayışdan dərhal sonrakı kainat şəraitini laboratoriya mühitində modelləşdirmək məqsədi daşıyır. Bu qurğular süperkeçirici maqnitlərlə təchiz edilmiş, halqa formalı tunellərdən ibarət olur.

Parçacıqlar elektrik sahəsinin təsiri ilə sürətləndirilərək işıq sürətinə yaxın həddə çatdırılır, daha sonra isə əks istiqamətlərdən hərəkət edən hissəcik dəstələri toqquşdurulur. Nəticədə yaranan yeni hissəciklər xüsusi detektorlar vasitəsilə analiz edilir.

Bu cür təcrübələr alimlərə Standart Modelin yoxlanılması, yeni fiziki modellərin işlənməsi və Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi daxil olmaqla fundamental elmi konsepsiyaların sınaqdan keçirilməsi imkanı yaradır.

Məqalədə: #Çin hissəcik sürətləndiricisi #dünyanın ən böyük maşını #CEPC layihəsi #Dairəvi Elektron–Pozitron Toqquşdurucusu #Böyük Hadron Toqquşdurucusu #CERN laboratoriyası #hissəcik fizikası #Böyük Partlayış nəzəriyyəsi #Çin elmi strategiyası #fundamental elmi tədqiqatlar

Mövzu üzrə digər xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.