12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Dünyada milyarderlərin sayı və sərvətləri nə qədərdir?

"Forbes" jurnalının açıqladığı 2026-cı il "Dünyanın Milyarderləri" siyahısına əsasən, qlobal milyarderlərin sayı və ümumi sərvəti tarixdə ilk dəfə rekord səviyyəyə yüksəlib. Siyahıya görə, 2026-cı ildə dünyada 3 428 milyarder qeydə alınıb. Bu göstərici ötən illə müqayisədə 400 nəfər çoxdur. Dünyanın milyarderlərinin ümumi sərvəti isə 20,1 trilyon ABŞ dollarına çataraq ötən illə müqayisədə təxminən 4 trilyon dollar artıb.

12 İyul 2026 21:00
Dünyada milyarderlərin sayı və sərvətləri nə qədərdir?

BAKI,VOA Orxan Qədirzadə

"Forbes" jurnalının açıqladığı 2026-cı il "Dünyanın Milyarderləri" siyahısına əsasən, qlobal milyarderlərin sayı və ümumi sərvəti tarixdə ilk dəfə rekord səviyyəyə yüksəlib.

Siyahıya görə, 2026-cı ildə dünyada 3 428 milyarder qeydə alınıb. Bu göstərici ötən illə müqayisədə 400 nəfər çoxdur. Dünyanın milyarderlərinin ümumi sərvəti isə 20,1 trilyon ABŞ dollarına çataraq ötən illə müqayisədə təxminən 4 trilyon dollar artıb.

"Forbes" artımın əsas səbəbləri kimi süni intellekt texnologiyalarının sürətli inkişafını, fond bazarlarındakı yüksəlişi və əlverişli fiskal siyasəti göstərir.

İlon Mask siyahıya liderlik edir

2026-cı ilin ən varlı şəxsi İlon Mask olub. Onun sərvəti 839 milyard ABŞ dolları qiymətləndirilib. "Forbes"un məlumatına görə, Mask 12 iyun 2026-cı ildə SpaceX-in birjaya çıxmasından sonra dünyanın ilk trilyonçusu olub.

İlk onluqda əsasən texnologiya sektorunun nümayəndələri üstünlük təşkil edir.

İlk 10-luq belə formalaşıb:

İlon Mask – 839 milyard dollar

Larri Peyc – 257 milyard dollar

Sergey Brin – 237 milyard dollar

Ceff Bezos – 224 milyard dollar

Mark Zukerberq – 222 milyard dollar

Larri Ellison – 190 milyard dollar

Bernar Arno və ailəsi – 171 milyard dollar

Censen Huanq – 154 milyard dollar

Uorren Baffet – 149 milyard dollar

Amansio Orteqa – 148 milyard dollar

ABŞ liderliyini qoruyur

Ölkələr üzrə statistikaya əsasən, ABŞ 989 milyarderlə dünyada birinci yerdə qərarlaşıb. Siyahının ilk 20-liyində yer alan şəxslərin 15-i ABŞ vətəndaşıdır.

ABŞ-dan sonra ikinci yeri Çin (Honq-Konq daxil olmaqla) – 610 milyarder, üçüncü yeri isə Hindistan – 229 milyarder tutur.

Texnologiya sektoru üstünlüyünü davam etdirir

2026-cı il siyahısında ən çox milyarder texnologiya, maliyyə-investisiya, moda və pərakəndə satış, enerji, mədən sənayesi və istehsal sektorlarından çıxıb.

Süni intellekt, yarımkeçiricilər, bulud texnologiyaları, elektron ticarət və kriptovalyuta sahələrində fəaliyyət göstərən sahibkarların sərvətlərində əhəmiyyətli artım qeydə alınıb.

Kriptovalyuta sektorunun yüksəlişi davam edir

Siyahıda kriptovalyuta sektorunu təmsil edən milyarderlərin sayı da artıb. İtaliyalı Paolo Ardoino və Niderlanddan Jan-Lui van der Velde hər biri 38 milyard dollarlıq sərvətlə dünyanın ən varlı şəxsləri sırasında yer alıblar.

Dünyanın ən zəngin kriptovalyuta sahibkarlarından biri olan Çanpen Çjao (CZ) isə 110 milyard dollarlıq sərvətlə ilk 20-likdə qərarlaşıb.

Asiyanın milyarderləri mövqelərini gücləndirir

Hindistanlı Mukeş Ambani, Qautam Adani, Şiv Nadar, Savitri Cindal, çinli Can İminq, Ma Huaten, Colin Huang, Uilyam Dinq, eləcə də yaponiyalı Masayoşi Son və Tadaşi Yanai Asiyanın ən varlı iş adamları sırasında yer alıblar.

Analitiklər hesab edirlər ki, texnologiya, enerji və istehlak bazarlarında artım Asiyanın qlobal milyarder siyahısındakı çəkisini daha da artırmağa davam edəcək.

Məqalədə: #İlon Mask #Forbes milyarderlər siyahısı 2026 #dünyanın ən varlı insanları #Forbes 2026 #qlobal milyarderlər #milyarderlərin sərvəti #ABŞ milyarderləri #Çin milyarderləri #Hindistan milyarderləri

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

BƏƏ və Livan Səudiyyənin neft kəmərinə hücumu pisləyib
BƏƏ və Livan Səudiyyənin neft kəmərinə hücumu pisləyib
18:11
NATO və Avropa İran məsələsində bizi məyus edib - Tramp
NATO və Avropa İran məsələsində bizi məyus edib - Tramp
18:05
Çin ABŞ və İran arasında vasitəçilik təklif edib
Çin ABŞ və İran arasında vasitəçilik təklif edib
18:01
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.