5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Livan
Livan

İran Livanın ərazi bütövlüyünü dəstəkləyir - Araqçi

3 İyun 2025 19:26
İran Livanın ərazi bütövlüyünü dəstəkləyir - Araqçi

BAKI, AzerVoice

İran xarici işlər naziri Abbas Araqçi, ölkəsinin Livanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və xüsusilə diplomatik səylər başda olmaqla İsrail işğalının sona çatdırılması üçün Livanın atdığı addımlara dəstək verdiyini vurğulayıb.

AzerVoice xəbər verir ki, bu barədə Araqçi Beyrutda Livan Prezidenti Cozef Aun, Parlament sədri Nəbih Bərri, Baş nazir Nəvaf Salam və həmkarı Livan xarici işlər naziri Yusuf Raci ilə görüşündə bildirib.

Aun isə Araqçiyə bildirib ki, Livan İran ilə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə ümid edir.

“İsrailin Livana qarşı apardığı müharibədə dağıdılmış ərazilərin bərpası hazırda hökumətin qardaş və dost ölkələrlə qanuni çərçivədə əməkdaşlıq etdiyi prioritet məsələlərdən biridir” - deyə, Aun qeyd edib.

“Daxili dialoq mübahisəli məsələlərin həllinə açardır, eləcə də dövlətlərarası dialoq zorakılıqdan uzaq şəkildə baş verməlidir, çünki İrandan tutmuş Körfəz ölkələrinə və Livana qədər regionda çoxsaylı ölkələr müharibələrdən və onların mənfi nəticələrindən əziyyət çəkib” - deyə, o əlavə edib.

Aun, Oman vasitəçiliyi ilə aparılan ABŞ-İran danışıqlarının müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib.

“İran xalqı rifah içində yaşamağa layiqdir. Bu müzakirələrin müsbət nəticəsi təkcə İran üçün deyil, bütün region üçün faydalı olacaq” - deyə, Aun vurğulayıb.

Aun həmçinin Araqçinin vurğuladığı dövlətlərarası münasibətlərin səmimiyyət, dostluq, qarşılıqlı hörmət və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulmalı olduğu fikrini dəstəklədiyini bildirib.

Məqalədə: #İsrail #İran #Livan #İsrail Livan münasibətləri #Cozef Aun #Seyid Abbas Araqçi #İran ABŞ danışıqları #Nəbih Bərri

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

11:51
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.