Bakı. AzerVoice:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın xarici işlər naziri Devid Kameronu İstanbuldakı Vahdetdin sarayında qəbul edib.
AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, D.Kameron Türkiyədə səfərdədir.
O, daha əvvəl həmkarı Hakan Fidanla görüşüb.