7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Bizlər Bir yumruq, bir ürək, bir can şüarını rəhbər tutduq – Azərbaycan Könüllüsü (Özəl)

25 Fevral 2024 00:54
Bizlər Bir yumruq, bir ürək, bir can şüarını rəhbər tutduq – Azərbaycan Könüllüsü (Özəl)

Bakı. AzerVoice:

Bizlər Bir yumruq, bir ürək, bir can şüarını rəhbər tutduq.

Bu barədə AzerVoice-ə, Türkiyəyə yardıma gedən Azərbaycan Könüllüsü Eltac Rəşidzadə deyib.

“Türkiyədə baş verən zəlzələdə könüllü kimi iştirak etmək həm çətin, həm də qürurverici bir fəaliyyət idi. Hər şeydən öncə Türkiyə bizim qardaş ölkəmizdir. Onların kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Fəaliyyətlər içərisində əsasən biz, zəlzələdən zərər çəkən ailələr üçün çadırların qurulması, onlara qida, ərzaq, geyim və digər ləvazimatların paylanması yer alırdı. İlk dəfə getməyimizə və insanların bizi ilk dəfə görməsinə baxmayaraq hamımızı böyük sevinclə qarşılayırdılar. Biz də əlimizdən gələn köməyi ən yaxşı şəkildə onlara çatdırmağa çalışırdıq. 10-dan çox yardım tırının boşaldılması, yerləşdirilməsi və paylanmasını həyata keçirdik.” –deyə o bildirib edib.

Eltac Rəşidzadə qeyd edib ki, Türkiyənin bizim qardaşımız olduğunu unutmamalıyıq.

“Mən gəldiyim gündən etibarən bir çox fəaliyyətlərdə iştirak etsəm də, əsasən çadır heyətində idim. Kahramanmaraş Sütçü İmam Universitetində, dağ kəndlərində, Adıyaman, Malatya kimi vilayətlərdə bir çox çadır qurmuşuq. Bundan əlavə olaraq azyaşlı uşaqlara psixoloji dəstəyin göstərilməsi məqsədi ilə bir neçə çadır bağçalar da qurmuşuq. Artıq fəaliyyətimizin sonlarına yaxınlaşdıqca ayrılıq hissi bizi kədərləndirirdi. Çünki qısa müddət ərzində bölgədəki əhali ilə çox sıx bağlar qurmuşduq. Eyni hadisələrin yenə baş verməməsini ümid edirik. Amma qardaşımız yenə də çətinə düşərsə o zaman Azərbaycan Könüllüsü olaraq hər zaman hazır olacağıq” - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

"Bir yumruq, bir ürək, bir can" şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan Könüllüləri həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Bizlər Bir yumruq, bir ürək, bir can şüarını rəhbər tutduq – Azərbaycan Könüllüsü (Özəl) Bizlər Bir yumruq, bir ürək, bir can şüarını rəhbər tutduq – Azərbaycan Könüllüsü (Özəl) Bizlər Bir yumruq, bir ürək, bir can şüarını rəhbər tutduq – Azərbaycan Könüllüsü (Özəl) Bizlər Bir yumruq, bir ürək, bir can şüarını rəhbər tutduq – Azərbaycan Könüllüsü (Özəl)
Məqalədə: #Azərbaycan Könüllüsü

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

6 Sentyabr 19:02
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.