7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Bakıda İslam Bankçılığı və Dayanıqlı İnkişaf üzrə seminar keçiriləcək

Tədbirdə İslam Bankçılığı, Vençur Kapital, Ortaqlıq və Dayanıqlı İnkişaf mövzularında Türkiyənin ilk İslam bankı olan Albaraka Türk-ün mütəxəssisləri tərəfindən təqdimatlar ediləcək.

15 Noyabr 2024 16:52
Bakıda İslam Bankçılığı və Dayanıqlı İnkişaf üzrə seminar keçiriləcək

Bakı, AzerVoice

Bakıda İslam Bankçılığı və Dayanıqlı İnkişaf üzrə seminar keçiriləcək,

AzerVoice xəbər verir ki, seminar 16 noyabr 2024-cü il tarixində, saat 15:45-də Bakı KOB Evində təşkil ediləcək.

Tədbirdə İslam Bankçılığı, Vençur Kapital, Ortaqlıq və Dayanıqlı İnkişaf mövzularında Türkiyənin ilk İslam bankı olan Albaraka Türk-ün mütəxəssisləri tərəfindən təqdimatlar ediləcək.

Seminarın əsas məqsədi dünya və Türkiyə nümunələri əsasında ənənəvi maliyyə sistemlərində tətbiq olunan və ortaqlıq fəlsəfəsinə əsaslanan məhsulların niyə İslam bankları tərəfindən tam mənimsənilmədiyini araşdırmaq və bu mövzuda həll yolları təklif etməkdir.

Həmçinin, maliyyə sektorunun dayanıqlı inkişafı üçün İslam iqtisadiyyatının əhəmiyyəti iştirakçılara izah ediləcək.

Tədbirdə məruzəçi qismində Albaraka Türk İslam Bankının baş iqtisadçısı və baş direktor müavini Dr. Ömer Emeç iştirak edəcək.O, İstanbul Universitetində İslam iqtisadiyyatı üzrə doktorantura dərəcəsi almış, Boğaziçi və İstanbul Şehir Universitetlərində biznes sahəsində bakalavr və magistr təhsili görmüşdür.

Digər məruzəçi Dr. Seyfullah Demirlek isə Albaraka Türk İslam Bankında İnvestorlarla Əlaqələr və Dayanıqlılıq üzrə rəhbərdir. O, Magistratura təhsilini bank və maliyyə ixtisası üzrə Böyük Britaniyanın Leeds Universitetində tamamlamış, doktorantura təhsilini isə İstanbul Universitetində İslam iqtisadiyyatı üzrə almışdır.

Dünya iqtisadiyyatının vəziyyəti və İslam maliyyə sisteminin mövcud durumu barədə mütəxəssislərin fikirlərini öyrənmək və suallarınıza cavab tapmaq üçün bu fürsəti qaçırmayın!

Tədbir Detalları:
Tarix və Saat: 16 noyabr 2024, 15:45
Məkan: Bakı KOB Evi
Ünvan: Gold City, Ziya Bünyadov, Bakı

Seminarda iştirak etmək üçün əvvəlcədən qeydiyyat zəruridir!

Qeydiyyat və Əlaqə üçün :
Telefon: +994707279920
WhatsApp: +994507683081
E-mail: [email protected]

Sosial Media:
Facebook : https://www.facebook.com/profile.php?id=61566369815464&mibextid=ZbWKwL
Instagram : https://www.instagram.com/halalekosistem?igsh=M3BicGR1am1jN2N3

Vebsayt : www.halalekosistem.com

Bakıda İslam Bankçılığı və Dayanıqlı İnkişaf üzrə seminar keçiriləcək
Məqalədə: #islam bankçılığı

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

6 Sentyabr 19:02
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.