8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Trampın Sanksiya tətbiq etdiyi Beynəlxalq Cinayət Məhkəməsi haqqında nə bilirik?

8 Fevral 2025 09:00
Trampın Sanksiya tətbiq etdiyi  Beynəlxalq Cinayət Məhkəməsi haqqında nə bilirik?

BAKI,AzerVoice

ABŞ Prezidenti Donald Tramp cümə axşamı, fevralın 6-da Qəzzada hərbi cinayətlərə görə İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq edən Sərəncam imzalayıb.

Tramp, ABŞ və ya müttəfiqləri, məsələn, İsrail vətəndaşları ilə əlaqəli Beynəlxalq Cinayət Məhkəməsinin apardığı araşdırmalara kömək edən şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Ağ Ev, Trampın cümə axşamı günü Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etməyə imkan verən bir icra əmri imzaladığını açıqlayıb və məhkəmənin İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş Müdafiə naziri Yoav Galant-ın həbsini əmr etməsini tənqid edib.Bu, araşdırmalara kömək edən şəxslərə qarşı maliyyə və viza sanksiyaları tətbiq etməyə imkan verir, eyni zamanda onların ailə üzvlərini də hədəf alır.

Məhkəmə nə zaman və niyə yaradıldı?

Məhkəmə 2002-ci ildə müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, soyqırımı cinayətləri və düşmənçilik hərəkətlərinin törədilməsində iştirak edənləri mühakimə etmək üçün yaradılıb.
Məhkəmə, 125 üzv dövlətdən birinin və ya başqa bir tərəfin öz ərazilərində törətdiyi cinayətlərə dair işlərə baxa bilər. Məhkəmənin 2025-ci il üçün büdcəsi təxminən 195 milyon avro (202 milyon dollar) təşkil edir.

Məhkəmə Nələrə baxır?
Beynəlxalq Cinayət Məhkəməsi, rəsmi saytına görə, Fələstin əraziləri, Ukrayna və Afrikanın müxtəlif ölkələri (Uganda, Demokratik Kongo Respublikası, Keniya), Latın Amerikası (Venesuela), Asiya (Myanmar, Filippinlər) kimi müxtəlif bölgələrdə araşdırmalar aparır.
Məhkəmə bildirir ki, qarşısında 32 iş var, bəziləri birdən çox şübhəli şəxsi əhatə edir və məhkəmə hakimləri ən azı 60 həbs qərarı çıxarıblar.

Məhkəmədə neçə nəfər təqsirli bilinib?

Məhkəmə hakimləri 11 təqsirləndirmə hökmü, 4 isə bəraət hökmü çıxarıblar. Həmçinin 21 nəfər Haaqa Beynəlxalq Məhkəmə Həbslər Mərkəzində saxlanılıb və məhkəməyə çıxarılıb, 31 nəfər isə hələ də cəzadan yayına bilib. 7 nəfərin ittihamları isə onların ölümü səbəbindən ləğv edilib.

11 təqsirləndirmədən yalnız 6-sı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə təqsirli bilinib, digər hökm isə insanlara təzyiq göstərmə kimi cinayətlərə aiddir.

Təqsirli bilinən 6 nəfər, Konqo Demokratik Respublikası, Mali və Uqanda kimi Afrika ölkələrindəki milliyyətçi qrupların liderləridir.Cəza müddətləri 9 ildən 30 ilədək dəyişir, ən ağır cəza isə ömürlük həbsdir.

Kimlər həbs qərarı alıb?

Beynəlxalq Cinayət Məhkəməsi, Qəzza bölgəsindəki qatliam, təqiblər və aclıq silahı olaraq istifadədə təqsirli bilinən Benyamin Netanyahu haqqında həbs qərarı çıxarıb. Netanyahu bu qərarı rədd edərək, onu "yəhudi xalqı əleyhinə qərar" adlandırıb.
Həmçinin, əvvəlki müdafiə naziri Yoav Galant və Qəssam briqadasının başçısı, "Muhammad Diab Al-Masri" və ya "Muhammad Deif" adlandırılan şəxs haqqında da həbs qərarı verilib. Qəssam briqadası sonradan onun öldüyünü açıqlayıb.
Məhkəmə qərarına qarşı Netanyahu "gülünc və yalan" ittihamları ilə cavab verib və İsrail, məhkəməyə qarşı bir neçə kampaniya həyata keçirib.
Siyahıda həmçinin, Rusiya prezidenti Vladimir Putin də yer alır. O, Ukraynadan yüzlərlə uşağın ölməsində təqsirləndirilir, amma Moskva bu ittihamları dəfələrlə inkar edib.
Son aylarda, məhkəmənin baş prokuroru, Əfqanıstan və Myanmarın yüksək rütbəli liderləri üçün də həbs qərarı çıxarılmasını istəyib, amma hakimlər buna rəsmi olaraq razılaşmayıblar.

Hansı ölkələr məhkəmənin üzvü deyil?

Beynəlxalq Cinayət Məhkəməsi, Birləşmiş Millətlər Təşkilatının və Avropa İttifaqının bir çox üzvü tərəfindən dəstəklənsə də, ABŞ, Çin və Rusiya kimi bəzi ölkələr bu məhkəmənin üzvü deyil və onlar məhkəməni "siyasi motivlərlə hüquqi təqiblər üçün istifadə oluna biləcəyi" fikrini bəyan edirlər.
Myanmar, məhkəmənin üzvü olmamasına baxmayaraq, 2018 və 2019-cu illərdə hakimlər, məhkəmənin hüquqi səlahiyyətinin olduğunu və cinayətlərin sərhədkeçmə yolu ilə araşdırıla biləcəyini bəyan ediblər, bəzi cinayətlər isə qonşu ölkə Banqladeşdə baş verib və Banqladeş Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür.
İsrail məhkəmənin üzvü deyil və onun hüquqi səlahiyyətini tanımır, amma 2015-ci ildə Fələstin əraziləri Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq qəbul edilib.
Bu, həmçinin hakimlərin verdiyi qərara əsaslanaraq, məhkəmənin Qəzzə bölgəsindəki müharibə cinayətlərinə baxa biləcəyini bildirir. Qəzza, 7 oktyabr 2023-cü ildən bəri İsrailin - ABŞ hərbi dəstəyi ilə - apardığı müharibə nəticəsində böyük bir dağıntıya və aclığa məruz qalıb, burada 157 minə yaxın fələstinli ölüb və ya yaralanıb, onların əksəriyyəti uşaq və qadınlardır.

Məqalədə: #Donald Tramp #Beynəlxalq Cinayət Məhkəməsi

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.