7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Trabzonda yeni hava limanı layihəsi üzərində işləyirik - Uraloğlu

1 Aprel 2025 18:00
Trabzonda yeni hava limanı layihəsi üzərində işləyirik - Uraloğlu

BAKI, AzerVoice

Trabzonun hava nəqliyyatı infrastrukturunu gücləndirmək məqsədilə yeni hava limanı layihəsi üzərində iş aparılır.

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ramazan bayramı münasibətilə Trabzona səfəri zamanı yeni hava limanı layihəsi ilə bağlı mühüm açıqlamalar verib.

Nazir bildirib ki, mövcud Trabzon Hava Limanının 2600 metrlik uçuş-enmə zolağı şəhərin artan tələbatını qarşılamaq üçün kifayət etmir və taksi yolu yoxdur. Bu səbəbdən, daha müasir və geniş imkanlara sahib yeni hava limanının inşası üçün hazırlıqlar görülür.

Nazir Uraloğlu Trabzonun digər infrastruktur layihələri barədə də məlumat verib. O, şəhərdə dəmir yolu sisteminin qurulması üçün Böyükşəhər Bələdiyyəsi ilə birgə layihə hazırladıqlarını və bu sistemin Akçaabatdan Yomraya qədər 32 kilometrlik bir xətti əhatə edəcəyini bildirib. Layihənin bu il yekunlaşdırılması və gələn il investisiya proqramına daxil edilməsi hədəflənir.

Bundan əlavə, Cənub Dairə Yolu layihəsinə start verildiyini və Akçakale girişində işlərin aparıldığını qeyd edən Uraloğlu, hazırda dörd tunelin inşasının davam etdiyini vurğulayıb. O, həmçinin Kanuni bulvarında görülən işlərin son mərhələyə çatdığını açıqlayıb.

Qeyd edək ki, Trabzonun strateji mövqeyi və artan turizm potensialı nəzərə alınaraq həyata keçirilən bu layihələr şəhərin nəqliyyat və infrastruktur imkanlarını daha da gücləndirməyi hədəfləyir.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Trabzon limanı #Trabzon Hava Limanı #turizm #İstanbul Böyükşəhər Bələdiyyəsi

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.