Bakı,AzerVoice:
Anamın məmləkəti olan Azərbaycanın bayrağı bu uçuşda , Türkiyə bayrağının düz yanında olacaq və mən sinəmdə iki bayraq daşıyaraq kosmosa çıxacağam.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin ikinci kosmonavtı Tuva Cihangir Atasever söyləyib.
Galactic 7 suborbital kosmos missiyası çərçivəsində kosmosa gedəcəyini bildirən Atasever qolundakı Türkiyə Respublikası və Azərbaycan Respublikasının bayraqları ilə diqqət çəkib.
"Bu iki ölkənin bayraqları Yer kürəsində yan-yana olduğu və bu iki xalq çiyin-çiyinə olduğu kimi, mənim kosmos səyahətim zamanı da yan-yana olacaqlar",- deyə o əlavə edib.
Qeyd edək ki, Tuva Cihangir Atasever bu gün ABŞ-ın Nyu-Meksiko Kosmosundan Virgin Galactic-in VSS Unity kosmik gəmisi ilə kosmosa gedəcək. Ataseverin uçuş öncəsi missiyası haqqında video məlumat mesajı X sosial media hesabında paylaşılıb.
🚀 L-1: A message from Researcher Astronaut Tuva Atasever (@AstroTuva) about how he’s feeling before his journey to space! #Galactic07 pic.twitter.com/xy5nn8tRWS
— Virgin Galactic (@virgingalactic) June 7, 2024