Bakı,VOA
ABŞ Dövlət Departamenti bildirib ki, Tehran BMT-nin nüvə nəzarəti orqanı ilə əməkdaşlıq etməsə, Vaşinqton və müttəfiqləri İrana təzyiqləri artırmağa hazırdırlar.
VOA xəbər verir ki, BMT-nin Nüvə Müşahidə Təşkilatının hesabatında deyilir ki, İran sürətlə Fordo ərazisində əlavə uranı zənginləşdirən sentrifuqalar quraşdırıb və digər ərazilərdə də qurmağa başlayıb.
Dövlət Departamenti bildirib ki, hesabat İranın nüvə proqramını "heç bir inandırıcı dinc məqsədi olmayan yollarla" genişləndirmək niyyətində olduğunu göstərir.