Bakı, AzerVoice
Sisi Türkiyəyə etdiyi səfərin yeni dostluq və əməkdaşlığa başlamaq iradəsini əks etdirdiyini bildirib
AzerVoice xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə etdiyi rəsmi səfərlə bağlı X hesabında paylaşım edib.
Paylaşımda Sisi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərlərinin yeni dostluq və əməkdaşlığı başlatdığı bildirilib.
Həmçinin paylaşımda Misir və Türkiyə arasında köklü tarixi əlaqələrin olduğuna diqqət çəkilib.
Qeyd edək ki, Sisi Ərdoğanın rəsmi dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edib.