7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

TEKNOFEST ilk dəfə KKTC-də keçirilib

5 May 2025 09:49
TEKNOFEST ilk dəfə KKTC-də keçirilib

BAKI, AzerVoice

Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST, 1–4 may 2025 tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilərək böyük coşquya səbəb olub.

AzerVoice xəbər verir ki, Lefkoşadakı Köhnə Ercan Hava Limanında baş tutan festivalda 225 minə yaxın ziyarətçi iştirak edib.

Dörd gün davam edən TEKNOFEST KKTC-də müxtəlif texnologiya yarışmaları, sərgilər, uçuş nümayişləri və təcrübə sahələri təşkil olunub.

Festivalda Türk Ulduzları, SOLOTÜRK, Bayraktar Akıncı, TB2, Hürkuş kimi hava vasitələrinin uçuş nümayişləridə olub.

Festivalın üçüncü günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST-ə qatılaraq əsas səhnədə çıxış edib.

“Şimali Kiprin dörd bir yanında yüksələn əsərlərimizlə əsrlər boyunca burada olmağa davam edəcəyik”- deyə Ərdoğan bildirib.

Ərdoğan texnologiya yarışlarında birinci olan gənclərə mükafatlarını təqdim edib və TEKNOFEST-i “bir millətin, iki dövlətin, tək qəlbin ortaq gələcəyinə doğru atdığı qətiyyətli bir addım” kimi dəyərləndirib.

4 mayda keçirilən bağlanış mərasimi böyük maraqla qarşılanıb. Tədbirdə Türkiyə prezidentinin müavini Cevdet Yılmaz, KKTC Prezidenti Ersin Tatar, KKTC Baş naziri Ünal Üstel, Baykar rəhbəri Selçuk Bayraktar və Türkiyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır iştirak ediblər.

Selçuk Bayraktar çıxışında TEKNOFEST-in bir “oyanış hərəkatı” olduğunu vurğulayıb.

“Bu yol asan deyil, qarşıda maneələr olacaq, amma biz əsla dayanmayacağıq. Bu birlik ruhunun yeni ünvanı İstanbul olacaq”- deyə o bildirib.

Nazir Mehmet Fatih Kacır isə KKTC-nin “izləyən yox, istehsal edən” bir texnologiya mərkəzinə çevrildiyini bildirib.

Cevdet Yılmaz mərhum Özdemir Bayraktarın ruhuna ehtiramını ifadə edərək, TEKNOFEST-in ideya müəllifi Selçuk Bayraktara və bütün təşkilatçılara təşəkkür edib.

“Biz Türk millətinin ayrılmaz parçasıyıq. Bu festival bütün Kipr Türk xalqı üçün qürur mənbəyidir”- deyə bağlanış mərasimində son çıxışı edən KKTC Prezidenti Ersin Tatar vurğulayıb.

TEKNOFEST ilk dəfə KKTC-də keçirilib TEKNOFEST ilk dəfə KKTC-də keçirilib TEKNOFEST ilk dəfə KKTC-də keçirilib TEKNOFEST ilk dəfə KKTC-də keçirilib
Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Cevdet Yılmaz #Selçuk Bayraktar #Mehmet Fatih Kacır #Türkiyə Sənaye və Texnologiya Nazirliyi #Şimali Kİpr Türk Respublikası #KKTC #Ersin Tatar #TEKNOFEST 2024 #Bayraktar AKINCI #SOLOTÜRK #TEKNOFEST Şimali Kipr 2025

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.