Ərdoğan Tufan Ərhürmanı prezident seçkilərindəki qələbəsinə görə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında (KKTC) keçirilən prezident seçkilərində qalib gələn Respublikaçı Türk Partiyasının (CTP) sədri Tufan Erhürmanı təbrik edib. Ərdoğan seçkilərin nəticələrinin həm Türkiyə, həm də region üçün xeyirli olmasını arzulayıb.
Türk Dövlətləri Təşkilatı: Qəbələ zirvəsi ilə yeni strateji dövrə doğru
Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.
Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib
BAKI,AzerVoice Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da ölkəmizə səfərə gəlib.
“Bir millət, üç dövlət” anlayışı getdikcə möhkəmlənir - Ersin Tatar
Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türkiyə və Azərbaycanla əlaqələrinin gündən-günə daha da inkişaf etdiyini bildirib. Tatar bu fikirləri 6–7 oktyabrda Azərbaycanın Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi ərəfəsində jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
Ərdoğan sabah KKTC-yə gedəcək
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Sülh və Azadlıq Günü və Kipr Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına (KKTC) gedəcək.
Türkiyə BMT-də Kipr üçün iki dövlətli həllə çağırış edib
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Kipr türkləri və yunanları arasında dialoqu təşviq etmək məqsədilə Nyu-Yorkda ilin ikinci qeyri-rəsmi Kipr sammiti təşkil olunub.
Kipr probleminin həlli yolunda etimad addım-addım qurulur - BMT baş katibi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Kipr məsələsinə dair “etimad yaratmaq naminə addım-addım irəlilədiklərini” bildirib.
Hakan Fidan Kiprlə Bağlı Nyu-York Görüşündə İştirak Edəcək
Hakan Fidan iyulun 16-17-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək “Kıbrısla bağlı Genişləndirilmiş Formatlı Qeyri-rəsmi Görüş”də iştirak edəcək.
Şimali Kipr Azərbaycanla investisiya əlaqələrini daha da möhkəmlənəcəyinə ümid edir – Ersin Tatar
Şimali Kipr Türk Respublikası Azərbaycanla, xüsusilə iqtisadiyyat və investisiyalar sahəsində əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir.
Ersin Tatar Azərbaycana gəlib
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Azərbaycana gəlib.