8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Türk Dövlətləri Təşkilatı: Qəbələ zirvəsi ilə yeni strateji dövrə doğru

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.

9 Oktyabr 2025 16:40
Türk Dövlətləri Təşkilatı: Qəbələ zirvəsi ilə yeni strateji dövrə doğru

BAKI, AzerVoice / Müəllif: Əhməd Abdoh Tarabeik

Türk Dövlətləri Təşkilatı (TDT) təkcə üzv və müşahidəçi dövlətlərdə deyil, bütövlükdə Avrasiya regionunda inkişafa və sülhə nail olmaq istiqamətində mühüm irəliləyiş nümayiş etdirir. 6-7 oktyabr 2025-ci il tarixlərində qədim Azərbaycan şəhəri Qəbələdəki Heydər Əliyev Konfrans Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı bu baxımdan əlamətdar hadisə oldu. “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş sammit Təşkilatın regional layihələrin idarə olunmasında gücünü və effektivliyini bir daha ortaya qoydu.

Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Türkmənistan nümayəndəsi və TDT-nin Baş katibi Kubançebek Ömürəliyev iştirak ediblər.

Sammit çərçivəsində Təşkilatın institusional strukturunun gücləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın artırılması və üçüncü tərəflərlə əlaqələrin inkişafı müzakirə olunub. Bu məqsədlə “TDT Plus” adlı yeni əməkdaşlıq formatının yaradılması qərara alınıb.

Toplantıda, həmçinin, Azərbaycan ilə Ermənistan arasında kommunikasiya dəhlizlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin inkişafı və Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialının istifadəsi məsələləri də vurğulanıb. Transxəzər Orta Dəhliz və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi regional layihələrin ticarət yollarının genişləndirilməsində rolu diqqətə çatdırılıb.

Türk Dövlətləri Təşkilatı 2009-cu il 3 oktyabrda Naxçıvanda imzalanmış saziş əsasında Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan tərəfindən yaradılıb. 2019-cu ildə Bakı Sammitində Özbəkistanın tamhüquqlu üzv olması ilə üzvlərin sayı beşə çatıb. 2021-ci ildə isə təşkilatın adı “Türk Şurası”ndan “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilib.

Təşkilat liderlərinin qeyri-rəsmi sammitləri də artıq ənənəyə çevrilib. 2024-cü ildə Şuşa, 2025-ci ildə isə Budapeşt sammitləri üzv dövlətlər arasında siyasi dialoq və məsləhətləşmələr üçün vacib platformaya çevrilib. Qəbələdə keçirilən XII Zirvə görüşündə təhlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi, o cümlədən dezinformasiya, kiber təhdidlər və iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətin əhəmiyyəti ön plana çəkilib.

Qəbələ Zirvəsi nəticəsində qəbul olunan Qəbələ Bəyannaməsi təşkilatın institusional əsaslarının möhkəmləndirilməsi və üzv-müşahidəçi dövlətlər arasında mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Aşağıdakı əsas qərarlar qəbul edilib:

  • Türk Akademiyasının nizamnaməsinin 1-ci və 4-cü maddələrinə dəyişiklik;

  • Türkmənistana Türk Akademiyasında və Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi;

  • 2024-cü il maliyyə hesabatlarının və 2026-cı il büdcələrinin təsdiqi;

  • TDT institutlarının fəaliyyətinin maliyyə əsaslarının gücləndirilməsi.

Türk Dövlətləri Təşkilatı artıq sadəcə regional əməkdaşlıq platforması deyil, artan beynəlxalq nüfuzu ilə önəmli geosiyasi güc mərkəzinə çevrilməkdədir. Bunu təşkilatın ortaq tarixi-etnik kökləri, milli-mənəvi dəyərləri, daxili sabitlik, gənc əhalisi, təbii sərvətləri və artan hərbi-texniki potensialı da təsdiqləyir. Bu faktorlar Türk Dövlətləri Təşkilatını gələcəkdə beynəlxalq arenada daha mühüm oyunçuya çevirəcək.


Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Şavkat Mirziyoyev #Özbəkistan #Kubanıçbek Ömurəliyev #Qırğızıstan #Viktor Orban #Macarıstan #Sadır Japarov #Türk Dövlətləri Təşkilatı (TDT) #Şimali Kİpr Türk Respublikası #Türkmənistan #Ersin Tatar #Qəbələ #Türkdilli Dövlətlərin Liderlərinin XII Zirvə Toplantısı

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.